Premyer Liqa klubları onu hədəfə aldı

Hazırda oxunan: Premyer Liqa klubları onu hədəfə aldı

641214

“Liverpul” və “Mançester Yunayted” “Bornmut”un sol cinah müdafiəçisi Adrien Trüfferlə maraqlanır.

Bizim.Media xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb. 

İngiltərə klublarının 24 yaşlı futbolçu uğrunda qış transfer pəncərəsində mübarizə aparacağı gözlənilir.
 

“Bornmut”un Trüfferlə bağlı danışıqlarda sərt mövqe tutacağı bildirilir. Klub fransalı müdafiəçinin transferi üçün təxminən 60 milyon funt sterlinq (70 milyon avro) tələb edəcək.


Eyni zamanda “Bornmut”un mövsümün ortasında futbolçunun transferinə ümumiyyətlə icazə verməməsi də mümkündür.

Qeyd edək ki, Trüffer bu mövsüm bütün turnirlərdə 6 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun “Bornmut”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin