Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Hazırda oxunan: Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

641222

ABŞ prokurorları istefa vermiş Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar irəli sürüblər.

Bizim.Media xəbər verir ki, onlar siyasi opponentlərə və ABŞ vətəndaşlarına işgəncə vermək məqsədilə sui-qəsddə iştirak etməkdə ittiham olunurlar. 

Hazırda həbsdə olan Maduro və həyat yoldaşına narkotik alveri ilə bağlı da ittihamlar irəli sürülüb.

Qeyd edək ki, 63 yaşlı Maduro və 69 yaşlı Siliya Flores yanvarın 3-də ABŞ hərbçiləri tərəfindən Karakasdakı evlərində saxlanılaraq ABŞ-a aparılıblar.

İttihamlar üzrə təqsirli bilinəcəkləri təqdirdə, onların üzləşəcəyi minimum həbs cəzası 50 il təşkil edir. Məhkəmə prosesinin gələn il başlanması gözlənilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin