Rəsmi Bakı: Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - FOTO

Hazırda oxunan: Rəsmi Bakı: Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - FOTO

641199

Bu gün Cəbrayıl rayonunda mina partlayışı nəticəsində ata və oğlu ağır xəsarət alıb, bununla da 2020-ci il müharibəsinin sonundan bəri Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabında paylaşım edilib.

"Bu dəhşətli hadisə, günahsız insanların həyatına son qoymağa və ağır xəsarətlər yetirməyə davam edən minaların yaratdığı ölümcül və ayrı-seçkilik qoymayan təhlükəni bir daha nümayiş etdirir.

Azərbaycan minaların yaratdığı davamlı təhlükəni qətiyyətlə pisləyir və ölkədə mina təhlükəsi ilə mübarizə fəaliyyətinə daha çox beynəlxalq diqqət ayrılmasına çağırır”, - məlumatda qeyd olunub.
 

 

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin