Həkim göstərişi olmadan uşaqlara vitamin verməyin hansı təhlükələri var? - VİDEO

Hazırda oxunan: Həkim göstərişi olmadan uşaqlara vitamin verməyin hansı təhlükələri var? - VİDEO

635557

Valideynlər bəzən uşaqların immunitet sistemini gücləndirmək və respirator virus infeksiyalarından qorumaq məqsədilə həkim məsləhəti olmadan müxtəlif vitamin və bioloji fəallığa malik qida əlavələrindən istifadə edirlər. Lakin bu vasitələrin yaratdığı təhlükədən xəbərsiz olmaq gələcəkdə ciddi problemlərə yol aça bilər.

Bizim.Media xəbər verir ki, Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

Sakinlərdən biri həkim tövsiyəsi olmadan uşağına dərman verdiyini bildirib:

"Mən həmişə tərkibində bütün vitaminlər olan qarışıqlar verirəm ki, effektini tez görüm. Nəyin uşağa uyğun olub-olmadığını yaxşı bilirəm".

Digər sakin isə bu yanaşmanın yanlış olduğunu vurğulayıb:

"Həkimin göstərişi və təyinatı olmadan uşağa nəyisə vermək tamamilə yanlışdır".
 

Həkim Abbas Bağırov bildirib ki, dərmanların nəzarətsiz istifadəsi allergik reaksiyalara, maddələrin toksik təsirinin artmasına, ürəkbulanma, qusma, ishal və qarın ağrılarına səbəb ola bilər:


"Müxtəlif vasitələrin bir-biri ilə qarşılıqlı təsiri arzuolunmaz nəticələr, eləcə də qaraciyər və böyrək zədələnmələrinə səbəb ola bilər. Yüksək dozada C vitamininin verilməsi böyrəklərdə ciddi xəstəliklərə və böyrək daşlarının yaranması riskinə yol açır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin