“Şagirdlərimizin 13 faizə yaxını məktəbdə bullinqə məruz qalır” - Emin Əmrullayev

Hazırda oxunan: “Şagirdlərimizin 13 faizə yaxını məktəbdə bullinqə məruz qalır” - Emin Əmrullayev

635561

“PISA nəticələrimiz göstərir ki, Azərbaycanda şagirdlərin 12,8 faizi məktəbdə bullinqə məruz qalır”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-nin canlı efirində deyib.

Nazir həmçinin bildirib ki, Azərbaycanda valideynlərin üçdə biri övladının məktəbdəki dərsləri ilə maraqlanmır.
 

O qeyd edib ki, görülən işlərlə bağlı valideynlərin də dəstəyi olarsa, təhsilin səviyyəsi daha da irəli gedə bilər.


Emin Əmrullayev bəzi bölgələrdə şagirdlərin nəticələrinin olduqca aşağı olduğunu da deyib:

"Məsələn, Dağlıq Şirvan regionunda riyaziyyat üzrə nəticələr şərti olaraq Qarabağ regionundan yüksəkdir. Eyni ölkə, eyni təhsil sistemi olduğu halda, nəticələr arasında bu qədər böyük fərqin olması bizi narahat edir".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin