İran Hörmüz boğazında ABŞ-nin pilotsuz sualtı aparatını ələ keçirdi

Hazırda oxunan: İran Hörmüz boğazında ABŞ-nin pilotsuz sualtı aparatını ələ keçirdi

635541

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-yə məxsus “ağıllı” pilotsuz sualtı aparatı aşkarladığını və Hörmüz boğazında ələ keçirdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İranın “KebnaNews” portalı məlumat yayıb.
 

SEPAH-ın yaydığı press-relizdə bildirilir ki, bu gün səhər İran Hərbi Dəniz Qüvvələrinin hərbçiləri “kompleks kəşfiyyat və əməliyyat-kəşfiyyat tədbirləri” çərçivəsində ABŞ ordusunun ən müasir pilotsuz “ağıllı” sualtı aparatlarından birinin Hörmüz boğazının girişində hərəkətini dayandırıblar.


“Bu sualtı aparat artıq ələ keçirilib və onun görüntüləri yaxın saatlarda yayımlanacaq”, - deyə SEPAH bildirib.

Korpus qeyd edib ki, söhbət sualtı donanma sahəsində dünyanın ən yeni texnologiyaları ilə təchiz edilmiş və ötən il ABŞ Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilmiş aparatdan gedir.

Sualtı aparatın tipi və adı açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin