Britaniyada hava nəqliyyatında böhran: Bir sıra uçuşlar ləğv olunur

Hazırda oxunan: Britaniyada hava nəqliyyatında böhran: Bir sıra uçuşlar ləğv olunur

635553

Böyük Britaniyanın təxminən 10 ən böyük hava limanında texniki nasazlıqla bağlı xəbərlər fonunda uçuşlar ləğv edilir.

Bizim.Media xəbər verir ki, bu barədə “FlightRadar24” məlumat yayıb.
 

Bakı vaxtı ilə saat 18:45-ə olan məlumata görə, ən azı 9 hava limanında uçuşların həyata keçirilməsində problemlər qeydə alınıb. Bunların arasında “Hitrou”, “London Siti” və “Qatvik” hava limanları da var.


Bundan əlavə, Mançester, Birmingem və Edinburq hava limanlarında da uçuşlarla bağlı problemlər müşahidə olunur.

Daha əvvəl Aberdin hava limanında da nasazlıq olduğu bildirilib. İrlandiya KİV-nin məlumatına görə, texniki problem Dublin hava limanına da təsir edib.

Bundan əvvəl Böyük Britaniyanın Milli Hava Hərəkəti Xidməti (NATS) uçuşların həyata keçirilməsində problemlərə səbəb olan texniki nasazlığın baş verdiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin