İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək

Hazırda oxunan: İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək

635540

İranda universitetlər üçün yeni hicab qaydaları tezliklə açıqlanacaq.

Bizim.Media xəbər verir ki, bu haqda ölkənin Elm və Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ali təhsil müəssisələri ilə intensiv görüşlər bu sahədə birgə qərarın hazırlanmasına səbəb olub.

İran rəhbərinin Universitetlər üzrə nümayəndəliklər Təşkilatının mədəniyyət işləri şöbəsinin müdir müavini Səid Kərəmi məsələ ilə bağlı açıqlama verib:
 

"Mövcud qaydaların tətbiqindən sonra hicabsızlıqla bağlı küçələrdə müşahidə etdiyimiz acı halları universitetlərdə görməyəcəyik”.


Qeyri-rəsmi məlumatlarda yeni qaydaların universitetlərdə qız tələbələr arasında məcburi hicab qaydalarının sərtləşdirilməsi ilə bağlı olduğu bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin