İsrail Tehrana növbəti dəfə zərbələr endirdi – VİDEO

Hazırda oxunan: İsrail Tehrana növbəti dəfə zərbələr endirdi – VİDEO

617939

İranın paytaxtı Tehran şəhərinə növbəti aviazərbələr endirilib. Paytaxt səmasında hazırda hava hücumundan müdafiə (HHM) vasitələri fəaliyyət göstərir.

Bizim.Media xəbər verir ki, bu barədə "Mehr" informasiya agentliyi məlumat yayıb.

"Şəhərdə partlayış səsləri eşidilir, HHM sistemləri işə düşüb", - agentliyin məlumatında bildirilib.

Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri Hayfadakı (İsrail) sənaye obyektlərinə raket zərbəsi endiriblər.
 

Məlumata görə, zərbə İsrail Müdafiə Ordusunun İranın cənub-qərbindəki Mahşəhrdə neft-kimya sənayesi obyektlərinə hücumlarına birbaşa cavab olaraq endirilib.


Xatırladaq ki, İran dünən gecə saatlarında Livana hücumlara cavab olaraq İsrailə ballistik raketlərlə hücum edib. İsrail isə bu hücuma cavab olaraq İranın bir sıra şəhərlərinə hava zərbələri endirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin