Yaxın Şərqdə gərginlik pik həddə çatıb. İran və Yəməndəki husi qüvvələri İsrail ərazisinə birgə koordinasiyalı raket zərbələri endirib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə Qüds (Qüdsü-Şərif) yaxınlığında endirilən zərbələrin və baş verən güclü partlayışların fəsadlarını əks etdirən video görüntülər yayılıb.
Gecə saatlarında İsrail Müdafiə Ordusu (IDF) ölkə ərazisinə doğru İran istiqamətindən ballistik raketlərin buraxıldığını rəsmən təsdiqləyib.
Eyni vaxtda Yəməndən də qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə hücumun həyata keçirildiyi bildirilir.
Məlumata görə, İsrailin mərkəzi rayonlarında, o cümlədən Qüds və Tel-Əviv ətrafında hava həyəcanı siqnalları verilib, hava hücumundan müdafiə sistemləri ( Dəmir Qübbə və Arrow-3) aktivləşdirilib. Dağıntı və xəsarət alanlar barədə rəsmi məlumatlar dəqiqləşdirilir.
Bizim.Media






































































































