Putin həmin dron hücumundan danışdı – VİDEO

Hazırda oxunan: Putin həmin dron hücumundan danışdı – VİDEO

616134

Rusiya Prezidenti Vladimir Putin Rumıniyadakı dron hücumu haqda danışıb.

Bizim.Media xəbər verir ki, o, Astanada keçirilən mətbuat konfransında Rumıniyadakı dron hücumu ilə bağlı məlumatlandırıldığını açıqlayıb.

O, Qərb mediasının dronun guya Rusiya mənşəli olmasından yazdığını qeyd edib, lakin zəruri ekspert təhlili olmadan ilkin nəticələr çıxarmaqdan çəkinməyi xahiş edib.

"Ekspertiza aparılana qədər heç kim təyyarənin mənşəyi barədə heç nə deyə bilməz", - deyə o bildirib.
 

Putin həmçinin qeyd edib ki, Ukrayna PUA-ları müxtəlif ölkələrə uçduqda yerli hakimiyyət orqanlarının ilk reaksiyası "ruslar hücum edir" olub.


Putin sözügedən hadisədə Ukrayna izini istisna etməyib.

O, Rumıniyadakı hadisənin də Ukraynaya məxsus dronu ilə əlaqəli olduğunu irəli sürüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin