DİN ƏMƏLİYYAT KEÇİRDİ: Tutulanlar var – FOTO/VİDEO

Hazırda oxunan: DİN ƏMƏLİYYAT KEÇİRDİ: Tutulanlar var – FOTO/VİDEO

615460

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, eləcədə Masallı rayonunda baş tutan tədbirlərlə əvvəllər məhkum olunan Əliağa Nağıyev, Cavid Ağasıyev, Mikayıl Xudaşov və Hikmət Hüseynov saxlanılıblar.


Onlardan 40 kiloqram tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin