“Azərbaycan Hava Yolları” QSC (AZAL) Naxçıvan Beynəlxalq Hava Limanında mövcud vəziyyətlə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, şirkət sosial şəbəkələrdə paylaşılan və Naxçıvan Beynəlxalq Hava Limanında hazırkı vəziyyəti əks etdirdiyi iddia olunan görüntülərin köhnə olduğunu və reallığı əks etdirmədiyini bildirib.
Açıqlamada qeyd olunub ki, hazırda Naxçıvan istiqamətində uçuşlar əvvəlki qaydada həyata keçirilir, hava limanında əməliyyat vəziyyəti stabildir və sərnişinlərə xidmət ştat rejimində davam edir.
Bildirilib ki, son günlər müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən bəzi reyslərdə dəyişikliklər edilsə də, bütün qərarlar uçuş təhlükəsizliyi prioritet götürülərək qəbul olunub.
AZAL vətəndaşlara yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edib.
Bizim.Media



































































































