ABŞ prezidenti Donald Tramp İranın “ağrı həddini” və dözümlülüyünü qiymətləndirmədiyini bildirib.
Bizim.Media xəbər verir ki, ABŞ lideri “Fox News”a müsahibəsində bu barədə danışıb.
Vaşinqtonun təmkinli siyasətinə toxunan Tramp ABŞ-nin körpülər və elektrik stansiyaları kimi mülki infrastrukturu qəsdən hədəf almadığını vurğulayıb.
“Biz onlara inanılmaz dərəcədə sərt zərbə vurduq. Baxın, biz onların körpülərini və enerji obyektlərini vurmaqdan imtina etdik. Halbuki hər şeyi iki gündə məhv edə bilərdik”.
Bizim.Media







































































































