Bakı-Sumqayıt yolunda ağır qəza- Ölən var - Video

Hazırda oxunan: Bakı-Sumqayıt yolunda ağır qəza- Ölən var - Video

613357

Xırdalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə mayın 14-ü günorta saatlarında Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Chery” markalı avtomobil avtokarla toqquşub.
 

Şahidlərin sözlərinə görə, avtokar ərazidə nasaz vəziyyətdə qalmış nəqliyyat vasitəsinin yoldan çıxarılması məqsədilə hadisə yerinə cəlb olunub. Lakin həmin vaxt baş verən toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, avtokarın sürücüsü ağır bədən xəsarətləri alıb.


Yaralı şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin