ABŞ dövlət katibi Mayamidə toyda DJ oldu - VİDEO

Hazırda oxunan: ABŞ dövlət katibi Mayamidə toyda DJ oldu - VİDEO

610870

ABŞ dövlət katibi Marko Rubio Mayamidə keçirilən toy mərasimində DJ pultu arxasına keçib.

Bizim.Media xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Məlumata görə, Rubio gecə klubunda keçirilən ailə toyunda noutbukla musiqi idarə edib, qulaqlığı qulağına sıxaraq ritmləri dəyişib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə onlarla qonağın musiqi sədaları altında rəqs etdiyi görünür. Lakin medianın yazdığına görə, toyun kimə məxsus olduğu açıqlanmayıb.
 

Nəşr qeyd edir ki, Ağ Evdə musiqi istedadı nümayiş etdirən təkcə Rubio deyil. ABŞ Prezidenti Donald Tramp da bəzən Mar-a-Laqodakı tədbirlərdə qonaqlar üçün musiqi seçir.


Trampın xüsusilə “Village People” qrupunun “YMCA” mahnısını sevdiyi bildirilir. O, bu mahnının sədaları altında özünəməxsus rəqsi ilə də tanınır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin