Salyan rayonunda ağır yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə köhnə Ələt–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı minik avtomobili ilə Mercedes markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər təcili tibbi yardım briqadasının müşayiəti ilə Salyan Rayon Mərkəzi Xəstəxanası çatdırılıb. Onlara zəruri yardım göstərilib.
Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu


































































































