ABŞ Prezidenti Donald Tramp internetin insanların psixologiyasına və radikallaşmasına təsirindən danışıb.
Bizim.Media xəbər verir ki, Tramp müasir dövrdə internetin əvvəlki illərlə müqayisədə tamamilə fərqli reallıq yaratdığını bildirib.
“Biz internetlə əvvəlkindən tamamilə fərqli dünyada yaşayırıq. Əvvəllər də təhlükəli idi. Amma indi başqa zamandır. Düşünürəm ki, internet bəzi insanları hər şeydən daha çox radikallaşdırır. O, insanları psixi cəhətdən xəstə edir”, - deyə ABŞ lideri qeyd edib.
Tramp internetin mənfi tərəfləri ilə yanaşı, onun böyük imkanlar yaratdığını da vurğulayıb.
“Eyni zamanda, bu, böyük bir şeydir. Fenomenal bir şeydir”, - deyə o əlavə edib.
ABŞ Prezidenti süni intellekt sahəsində liderliyin də mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, düzgün liderlik olduğu halda süni intellekt böyük imkanlar açır, lakin bununla belə problemlər də qalacaq.
“Bu, başqa dövrdür. Tamamilə başqa zamandır”, - deyə Tramp vurğulayıb.
Bizim.Media


































































































