Peşə Təhsili üzrə Dövlət Agentliyi Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbi ilə bağlı bəzi media resurslarında yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, açıqlamada peşə məktəbinin sökülərək ərazidə yaşayış binasının inşa ediləcəyi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.
"Sözügedən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır. Açıqlamanın nəzərə alınmasını və məlumatların hazırlanması zamanı rəsmi mənbəyə istinad edilməsini xahiş edirik".
Qeyd edək ki, sosial mediada Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbinin sökülməsi ilə bağlı iddialar yayılıb.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:12 / 30.09.2026
Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA
639617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































