Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının üçüncü günü çərçivəsində şair Surxay Məhəmmədoğlu oxucularla görüşüb və yaradıcılığı barədə məlumat verib.
Bizim.Media xəbər verir ki, o, iki şeir kitabının müəllifidir.
MÖVZU İLƏ BAĞLI:
Övlad həsrətini kitaba köçürən Aləmzar Xudiyeva oxucularla görüşdü
S.Məhəmmədoğlunun yaradıcılığında məhəbbət, vətənpərvərlik və müxtəlif həyat mövzuları xüsusi yer tutur. O, əsasən heca vəznində yazır; qoşma, gəraylı və təcnis janrlarında qələmə aldığı şeirlərlə tanınır.
Bildirilib ki, müəllifin əsərləri özbək dilinə tərcümə olunub. Şair özü də özbək dilindən Azərbaycan dilinə şeir tərcümələri edir və Türk dünyası ədəbiyyatının yaxınlaşmasına töhfə verir.
Qeyd edək ki, Surxay Məhəmmədoğlu Turan Yazarlar Birliyinin Türküstan təmsilçisidir və Türk xalqları arasında ədəbi əlaqələrin inkişafında fəal iştirak edir.
Festival iştirakçıları müəllifin klassik üsluba yaxın poetik dilini və Türk dünyası mövzusuna bağlı yaradıcılığını maraqla qarşılayıblar.
Xədicə Paşayeva, Bizim.Media



































































































