Şair Aytəkin Mehmanqızının kitablarının təqdimatı keçirildi

Hazırda oxunan: Şair Aytəkin Mehmanqızının kitablarının təqdimatı keçirildi

614810

Bu gün baş tutan VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında yazıçı-şair Aytəkin Mehmanqızı oxucularla görüşüb və kitablarının təqdimatını keçirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı olan A. Mehmanqızı 3 şeir kitabının müəllifidir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Yunus Emre yaradıcılığı ilə bağlı yeni araşdırmalar təqdim olundu - FOTO


Festival çərçivəsində Aytəkin Mehmanqızının “Müdriklik xəzinəsi”, “Şairlik zirvəsi” və “Qaranlıq gecənin bir sabahı var” adlı kitabları oxuculara təqdim olunub.

Müəllif yaradıcılığında əsasən nəsihətamiz fikirlərə, hikmətli sözlərə, aforizmlərə və xüsusilə, didaktik şeirlərə yer verir.

Bildirilib ki, yaxın zamanda müəllifin publisistik janrda yeni kitabının da nəşri nəzərdə tutacaq. Kitabda Zəfərimiz, şəhidlərin taleyi və ümumbəşəri mövzular əksini tapacaq.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin