Bu gün öz işinə başlayan VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Yunus Emre divanı adlı paneli keçirildi.
Bizim.Media xəbər verir ki, Filologiya elmləri doktoru Xuraman Hümmətovanın moderatorlugu ilə keçən tədbirdə məruzəçi vurğuladı ki, Yunus Emrenin Türk dünyasında ən çox qəbul edilən və sevgi qazandığı ölkələr Azərbaycan və Türkiyədir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan–Türkiyə ədəbi-mədəni əlaqələri müzakirə olundu - FOTO
Bu səbəbdən mövzunun burada xüsusi əhəmiyyət daşıdığını qeyd edən çıxışçı “Yunus Emrənin çağında nə baş verirdi?” sualından çıxış edərək dövrün tarixi və ictimai mənzərəsinə nəzər saldı.
Daha sonra Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universitetinin professoru Orxan Kemal Tavukçuoğlu təqdimatda Yunus Emrənin yaşadığı dövr, həyatı, onun haqqında mövcud mənbələr, müasirləri, səfərləri və külliyyatı barədə qısa məlumat verdi.
Müxtəlif dövrlərdə şərq şairlərinin Yunus Emre yaradıcılığı, şeirlərin ayrı-ayrı fərziyyələrdə təfsirlərini nümunələrlə təqdim etdi.

Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim.Media




























































































