Azərbaycan–Türkiyə ədəbi-mədəni əlaqələri müzakirə olundu - FOTO

Hazırda oxunan: Azərbaycan–Türkiyə ədəbi-mədəni əlaqələri müzakirə olundu - FOTO

614797

Bu gün öz işinə başlayan VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində panel müzakirələri keçirildi.

Bizim.Media xəbər verir ki, tədbirlər sırasında “Azərbaycan–Türkiyə ədəbi-mədəni əlaqələri” mövzusunda müzakirələr təşkil olundu.
 

MÖVZU İLƏ BAĞLI:

Güləmail Muradın rəhbərlik etdiyi jurnal festivalda maraqla qarşılandı - FOTO


“Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva moderatorluğu ilə keçirilən tədbirdə yarım əsrdən artıq fəaliyyət göstərən jurnalın Türk dünyasının ədəbi əlaqələrinin inkişafındakı rolu, milli-mədəni dəyərlərin təbliği və müxtəlif nəsil müəlliflərin yaradıcılığına verdiyi töhfələrdən danışıldı.

Panel iştirakçıları Azərbaycan və Türkiyə arasında ortaq ədəbi irsin, dil və mədəni yaxınlığın müasir ədəbiyyatda yaratdığı imkanları da müzakirə etdilər.

Jurnalın idarə heyəti, mütəmadi əsərləri, tərümələri dərc olunan yazarlar - Aysel Səfərli, Narıngül Babayeva, Dilqəm Əhməd, Dilarə Adilgil, Nəzakət Məmmədli və digər ədiblər çıxış edərək bu illər ərzində jurnalda türk dünyasının ədəbiyyatının təbliğatı istiqamətində görülən işlərdən danışıldı.




Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin