Güləmail Muradın rəhbərlik etdiyi jurnal festivalda maraqla qarşılandı - FOTO

Hazırda oxunan: Güləmail Muradın rəhbərlik etdiyi jurnal festivalda maraqla qarşılandı - FOTO

614789

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında yazıçı-şair Güləmail Muradın baş redaktoru olduğu “Turan Birliyi” jurnalının təqdimatı keçirildi.

Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Qadın Yazarlar İctimai Birliyinin sədri olan Güləmail Murad festivalda redaksiya heyəti ilə birlikdə iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Yazıçı İlham Qəhrəmanın folklor nümunələri təqdim olundu - FOTO


Festival iştirakçıları tərəfindən maraqla qarşılanan təqdimat zamanı izdiham yaşanıb, oxucular jurnal və müəllifin kitabları ilə yaxından tanış olublar.

"Turan Birliyi” jurnalı 2025-ci il iyulun 4-dən fəaliyyətə başlayıb. İlk sayı “Zəfərnamə” adı ilə işıq üzü görüb və Vətən Müharibəsində qazandığımız qələbənin 5 illiyinə həsr olunub. Jurnalda Azərbaycanın görkəmli qadınlarının həyat və yaradıcılığı yer alır. Dörd aydan bir nəşr olunan jurnalın indiyədək iki sayı çap olunub.

Jurnalda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin müxtəlif şəhərlərindən qadın yazarlar fəaliyyət göstərir.

Qeyd edək ki, Güləmail Murad 25-i vətən uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmaqla ümumilikdə 45 kitab müəllifidir.

Müəllif 500-ə yaxın şəhid ailəsi ilə görüşüb, Tovuz və Aprel döyüşlərinə dair əsərlər qələmə alıb.

Yazıçının kitabları Türkiyə mətbuatında da yayımlanıb. O, həmçinin Prezident mükafatçısıdır.


Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin