Prezident mükafatçısı Jalə Rzabəylinin imza günü KEÇİRİLİB

Hazırda oxunan: Prezident mükafatçısı Jalə Rzabəylinin imza günü KEÇİRİLİB

614757

Bu gün start verilən Vl Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair "Sport Time" jurnalının baş redaktoru Jalə Rzabəylinin də imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü və Prezident mükafatçısı olan Jalə Rzabəyli "40 yaşdan sonrakı qadın" "Yol ver, dağlar", "Qızlar üçün kitab" kitablarının müəllifidir.
 

MÖVZU İLƏ BAĞLI:

Yazıçı Gəray Göyyurdun Zəfərə həsr olunan kitabları maraqla QARŞILANDI - FOTO



O, qadınların həyat yolu və motivasiyasına həsr olunan kitabları ilə tanınır.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin