Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Hazırda oxunan: Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

612393

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

Bizim.Media “Apa”-ya istinadən xəbər verir ki, sədr postuna iki namizəd var.

Bunlar Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarovdur.

Kinematoqrafçılar İttifaqından isə yaxın vaxtda sədrliyə namizədlər haqqında mətbuata açıqlama veriləcəyi bildirilib.
 

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.


Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin