Xanım Qafarovanın vəziyyəti ağırlaşdı

Hazırda oxunan: Xanım Qafarovanın vəziyyəti ağırlaşdı

47818
Azərbaycanın əməkdar artisti Xanım Qafarovanın səhhətində ciddi problem yaranıb. 

Moderator.az xəbər verir ki, aktyorun ailəsindən AzNews.az-a verilən məlumata görə, X. Qafarova iki gün bundan əvvəl Respublika Onkoloji Mərkəzinə yerləşdirilib: “Xanımın səhhətində ciddi narahatlıq yarandı. Gözlənilmədən qanı aşağı düşdü, iştahdan kəsildi. Bu da onun yerimək qabiliyyətini itirdi. Bu səbəbdən də Xanımı xəstəxanaya aparmaq məcburiyyətində qaldıq”. 

Ailəsindən o da qeyd olunub ki, hazırda ciddi müalicə prosesi gedir: “Müalicə yaxşı nəticə versə, o, Türkiyəyə müayinəyə gedəcək”. 

Xatırladaq ki, X. Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. O, bununla bağlı 3 dəfə əməliyyat olunub və Türkiyədə müalicə kursu keçib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin