“TƏK MİLLƏT, İKİ DÖVLƏT”x9d sənətlə öz əksini tapır

Hazırda oxunan: “TƏK MİLLƏT, İKİ DÖVLƏT”x9d sənətlə öz əksini tapır

162508

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi həm Azərbaycan Respublikası ilə qarşılıqlı ikili mədəni əlaqələrin bir sübutu olaraq, həm də tarixin hər dönəmində soydaş olmağın gətirdiyi məsuliyyət düşüncəsiylə ən çətin zamanlarda belə biri-birinin ən böyük dəstəkçisi və əbədi dostu olan Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı duyğularının sənətə əks etdirilməsini 23 dekabr 2016-cı il cümə günü Heydər Əliyev adına Sarayda həyata keçiriləcək “Anadolu Rəngləri”x9d adlı xüsusi konsert proqramı ilə ifadə edəcək. xa0

“Anadolu Rəngləri”x9d adlı xüsusi proqram, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət Müdirliyinə bağlı İstanbul Tarixi Türk Musiqi Cəmiyyəti, Mehtər Qrupu, Dövlət Xalq Rəqsləri Cəmiyyəti, Ankara Türk Dünyası Musiqi Cəmiyyəti, Konya Türk Təsəvvüf Musiqisi Cəmiyyəti, Şanlıurfa və Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbul və İzmir Klassik Türk Musiqisi Xor Ansamblından olan sənətçiləri birlikdə eyni səhnədə görmə imkanı yaradacaq.

Bu xüsusi proqramda dinləyicilər, mədəniyyətlərin beşiyi Anadolunun Mehtər Marşlarından Türk Xalq Musiqisinə, Xalq Rəqsləri nümunələrindən Klassik Türk Musiqisi nəğmələrinə, Təsəvvüf Musiqisindən Türk Dünyası Musiqi nümunələrinə kimi geniş bir repertuarı dinləmə fürsəti tapacaqlar.

“Anadolu Rəngləri”x9d adlı xüsusi proqram 23 dekabr 2016-cı il tarixində Cümə günü saat xa019:00-da Heydər Əliyev Sarayında izləyiciləri ilə görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin