Moskvada Nüsrət Kəsəmənliyə görə bizimkiləri niyə danladılar?

Hazırda oxunan: Moskvada Nüsrət Kəsəmənliyə görə bizimkiləri niyə danladılar?

116684
Elə yazıçı, şair və jurnalistlərimiz var ki, təkcə yazmaqla kifayətlənməyiblər. Öz bacarıqlarını filmə çəkilməklə də göstəriblər...xa0

Bu yazıda həmin şəxslər barədə məlumat verəcəyik.xa0

İsi Məlikzadə və Nüsrət Kəsəmənlidən başlayaq. Onlar ayrı-ayrı filmlərdə çəkilsələr də eyni rejissorla işləməli olublar. Yazıçı İsi Məlikzadə 1985-ci ildə lentə alınan “Atları yəhərləyin”x9d, Nüsrət Kəsəmənli isə 1989-cu ildə ekranlaşdırılan “Doğma sahillər”x9d filmində rol alıblar. Hər iki filmin rejissoru Şeyx Əbdül Mahmudbəyovdur.xa0

Şeyx Əbdül Mahmudbəyovxa0Moderator.az-a bildirib ki, İsi Məlikzadənin filmə cəlb olunması maraqlı bir hadisə sayəsində baş verib.xa0

Qaçaq Nəbiyə həsr olunan filmdə varlı tacirlərdən parçaları alıb kasıb kəndlilərə paylanılması səhnəsi yəqin ki, hamımızın xa0yadındadır. Oradakı tacirlərdən biri olan İsi Məlikzadəni əvvəlcə yarızarafatla desək dəvə seçib. Çünki çəkiliş zamanı çəkilən dəvələrdən biri uzun müddət gözünü filmin redaktoru olan yazıçıdan çəkmir. xa0Bu epizodu hamı gülüşlə qarşılayır. Amma rejissorun beyninə bu zaman maraqlı bir fikir gəlir. İsi Məlikzadəyə deyir ki, bəlkə elə sən çəkiləsən. Olmasın dörd tacir, olsun beş tacir. xa0Nə isə yazıçının saqqızını oğurlayaraq onu filmə çəkirlər.xa0

Nüsrət Kəsəmənlinin “Doğma sahillər”x9d filmindəki ifası isə xa0hamını yaxşı mənada təəcübləndirir. Filmi hazır olandan sonra onu Moskvaya nümayişə apararkən kino mütəxəssisləri çəkiliş qrupunu danlayırlar da. Şairin canlandırdığı obrazı görəndən sonra deyiblər ki, bu aktyor harada idi ki, siz bunu indiyə qədər filmə çəkməmisiz? Nüsrət Kəsəmənlinin şair deyil, aktyor olduğunu bildirəndə isə ruslar çox təəccüblənir.xa0

Filmdə çəkilən daha bir şair isə Çingiz Əlioğludur. O, 1971-ci ildə xalq yazıçısı Anarın “Gürcü familiyası”x9d adlı hekayəsi əsasında çəkilən “Gün keçdi”x9d filmində rol alır. “Gün keçdi”x9d filminin xa0Camal müəllimi olan Çingiz Əlioğlu obrazı öz gənclik kriteriyaları ilə çox gözəl əlaqələndirib. Onun da filmdə iştirakı sırf təsadüfdən olub. Çingiz Əlioğlu dayısı yazıçı İlyas Əfəndiyevgilə gedərkən, filmin rejissoru Arif Babayevin gözünə sataşıb. Filmdəki məlum rola çox uyğun gəldiyini görən Babayev məcburən küçədə tanımadığı oğlana bu təklifi edib. Nəticədə isə Çingiz Əlioğlunun film “karyera”x9dsı da meydana çıxıb.xa0

Bu məsələdən danışdıqda Vaqif Səmədoğlunun adını çəkməsək doğru olmaz. xa0Belə ki, həmişə öz əsərlərininn xa0motivləri əsasında ekranlaşdırılan xa0filmlərin çəkiliş meydanlarında olan şair məşhur “Bəxt üzüyü”x9d filmində epizodik bir obrazı canlandırıb. Obraz epizodik olsa da simvolikdir. Dalaşan qonşuları polis idarəsinə apararkən günəşin qızmarında susamaları və polisin (Arif Quliyevə) su aldığı səhnədə xa0su satan Vaqif Səmədoğlunun özüdür. Bu təbii ki, ssenaridə yazılmamışdı. Həm də Vaqif Səmədoğlu kimi tanınmış şairin epizodik bir rolda çəkilməsinə qəti ehtiyacı yox idi. Sadəcə hər zaman orijinallığı ilə fərqlənən şair filmdə də var olmaq istəyindən qaça bilməyib. Vaqif Səmədoğlu təkcə bu filmdə yox, həm də başqa pyesinin ”“ "Yaşıl eynəkli adam"ın motivləri əsasında çəkilən xa0eyniadlı teletamaşada da fotoqraf rolunu canlandırıb.xa0

Xalq yazıçısı,Yazıçılar Birliyinin sədri Anar da qısa, epizodik də olsa öz ssenarisi əsasında çəkilən “Dantenin yubileyi”x9d filmində rol alıb. O, mərhum bəstəkar Emin Sabitoğlu ilə birlikdə teatrda tamaşanı izləyən tamaşaçı kimi görüntülənib və tamaşaya bacaraq rişxəndlə gülümsəmələri diqqətdən yayınmır.

Rusdilli ədəbiyyatın tək-tük nümayəndələrindən olan yazıçı Natiq Rəsulzadə isə qeyri-peşəkar olmasına baxmayaraq baş rolda çəkilib. O, Maqsud İbrahimbəyovun ssenarisi ilə lentə alınan “De ki, məni sevirsən”x9d filmində müstəniq rolunu canlandırıb. 1977-ci ildə çəkilən dedektiv hanrda olan filmdə rol almasını ondan M.İbrahimbəyovun özü xahiş edib. Amma yazıçı sonradan filmə çəkildiyinə görə çox peşman olub.xa0

Üç məşhur jurnalist də var ki, onlar da ayrı-ayrı vaxtlarda epizodik də olsa filmə çəkiliblər. Hazırda fəaliyyətini dayandıran “Ayna-Zerkalo”x9d qəzetinin baş redaktoru Elçin Şıxlı atası İsmayıl Şıxlının məşhur romanı əsasında çəkilən filmdə mollaxanda əqrəb səhnəsində çəkilib.xa0

Qulu Məhərrəmli “Dəvətnamə”x9d filmində bahalı maşın sahibi olan biznesmeni canlandırıb.

Vaxtilə jurnalistika ilə məşğul olan, amma daha çox naşir kimi tanınan “Qanun”x9d nəşriyyatının direktoru Şahbaz Xuduoğlu “Gecə qatarında qətl”x9d filmində epizodik bir rolu canlandırıb.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin