Bu günün tarixi (22.09.2013)

Hazırda oxunan: Bu günün tarixi (22.09.2013)

34162
Miladi: 22 sentyabr 2013
Hicri: 14 Zülqədə 1434

İlin 263-cu günü
İlin sonuna 102 gün qalır

Bu günün namaz vaxtları 

Fəcr - 06.17
Günəş - 07.27
Zöhr - 13.38
Əsr - 17.32
Məğrib ”“ 19.55
İşa ”“ 21.12

1520 - Osmanlı padşahı Yavuz Sultan Səlim dünyaya gəlib. 

1791 - ingilis fiziki və kimyaçısı anadan olmuşdur Maykl Faradey anadan olub. 

1792 - Fransa Burjua İnqilabı zamanı Fransada Milli Konvent tərəfindən Fransanın Respublika elan edilib. 

1862 - Avraam Linkoln bütün kölələrin 1 yanvar 1863-dən etibarən azad olacağını elan edir.

1908 - Osmanlı İmperiyası Bolqarıstanı tanıyır.

1918 - Xalq Cümhuriyyətinin hökuməti ölkənin milli valyutasının - manatın (Bakı bonları) çap olunması barədə qərar qəbul edib. Həmin vaxtadək dövriyyədə bir neçə pul vahidi ”“ çar dövründən qalan rubl ("Nikolay rublu"), Rusiyanın "Müvəqqəti Hökuməti" tərəfindən buraxılmış rubl ("Kerenski rublu"), Tiflisdə Zaqafqaziya hökuməti tərəfindən buraxılan bonlar, eləcə də türk lirəsi işlənilirdi. Azərbaycan manatı türk lirəsinə 20:1 nisbətdə dövriyyəyə buraxılmışdı. Lakin manatın tədavülə buraxılmasından sonra digər valyutalar da dövriyyədə qaldı və bu, ölkənin maliyyə sistemində ciddi qarışıqlıq yaradırdı. 

1920 - Azərbaycanın bolşevik hökuməti (Müvəqqəti İnqilab Komitəsi) ölkə ərazisində müvəqqəti yerli hakimiyyət orqanlarının - yoxsul komitələrinin yaradılması barədə qərar qəbul edib. Bu qərar ölkədə hakimiyyətin xalqa məxsus olması illüziyasını yaratmaq niyyəti güdürdü. Yoxsul komitələri bir ilə yaxın fəaliyyət göstərdi və 1921-ci ildə I Ümumazərbaycan sovetlər qurultayından sonra yerlərdə fəhlə-kəndli sovetlərinə ilk seçkilər keçirildi. 

1924 - Məmməd Əmin Rəsulzadənin yaxın silahdaşı, Azərbaycan Kültür Dərnəyinin baş katibi Əhməd Qaraca dünyaya gəlib.

1927 - Syera Leone də köləlik ləğv edilir.

1928 - Fransada ilk ATS qurulub. 

1932 - Kral İbn Səud rəhbərlik etdiyi ölkəyə öz adını verir ”“ Səudiyyə Ərəbistanı.

1937 - İspaniyada vətəndaş müharibəsi başladı.

1949 - SSRİ-də ilk nüvə silahı sınaqları keçirilmişdir.

1959 - Avropanı Amerika ilə birləşdirən ilk sualtı kabel xəttinin açılışı olub. 

1961 ”“ aktyor Skott Bayo anadan olub. 

1964 ”“ aktyor Bonni Hant anadan olub. 

1965 - Kəşmir vilayəti üstündə Hindistan-Pakistan müharibəsi sona yetir.

1968 ”“ aktrisa Salma Hayek anadan olub. 

1976 - Dünya şöhrətli Braziliya futbolçusu Ronaldo dünyaya gəlir.

1980 - İran-İraq müharibəsi başladı.

1990 - SSRİ Ali Sovetinin Azərbaycandan seçilmiş deputatları ittifaq parlamentinə və SSRİ rəhbərliyinə müraciət qəbul edərək azərbaycanlı əhalinin Ermənistandan zorla deportasiyasına siyasi qiymət verməyi tələb ediblər. Bu zaman Ermənistan ərazisində (1991-ci ildə köçürülən Nüvədi kəndi istisna olmaqla) azərbaycanlı əhali qalmamışdı. SSRİ rəhbərliyi bu müraciətə laqeyd qaldı.

1991 - Tacikistanda Kommunist partiyası qadağan edilir.

1994 - Efiopiyada yaşı 4,4 milyon olan insanın qalıqları tapılır. Bu hazırda dünyanın ən qədim insanı hesab olunur.

2003 - Niderlandın xarici işlər naziri Yaap de Hoop Şheffer NATO-nun baş katibi seçilir.

2008 - Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib. 

2008 - Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında «Ikiqat vergi tutmalarının aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya imzalanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin