Moderator.az İnquiret.net portalına istinadən xəbər verir ki, Nyu-York hərracındaxa0 2017-ci ilin mart ayında Syerra Lone ərazisində tapılmış dünyanın ən böyük brilliantlarından biri satılıb.
Brilliantın 709 karat olduğu qeyd olunur. Syerra Lone tarixində bu ən böyük brilyant olub vəxa0 ölçüsünə görə dünyada indiyədək tapılan 14-cü böyük brilyantdır.
Hərracda brilliantın dəyəri 6,5 milyon dollara çatıb, bu qiymətli daşı isə Britaniya zərgəri Lorens Qraff alıb.
































































































