Dahilərin ağıllara durğunluq gətirən İNANILMAZ VƏRDİŞLƏRİ

Hazırda oxunan: Dahilərin ağıllara durğunluq gətirən İNANILMAZ VƏRDİŞLƏRİ

191610

Həyatda ideal insan olmur. Hər insanın özünə xas xarakteri, xüsusiyyətləri, davranışları olur, həmçinin də vərdişləri. Və əlbəttə ki, bu vərdişlər də heç kəsi maraqlandırmaz. Ancaq söhbət ziyalı, cəmiyyətə, bəşəriyyətə, dünyaya faydalı insanlardan gedirsə, həmin insanların özləri qədər vərdişləri də hər zaman çoxları üçün maraqlı olur. Həmin vərdişlərin nə qədər qəribə, qeyri-adi, bəzən iyrənc olmasından asılı olmayaraq.

Moderator.az-ın təqdim etdiyi bu yazıda dünyaca məşhur insanların ağıllara durğunluq gətirən qəribə vərdişlərindən söhbət açacağıq.

xa0Nə qədər xa0olursansa Zəkalı insanların "Yox, artıq" dedirdəcək 18 qəribə xüsusiyyəti

1. Albert Eynşteyn

Bütün zamanların ən böyük elm adamı sayılan Albert Eynşteyn fərqli bir həyata malik olub. İşini ləngitməmək üçün saçlarını kəsdirməyə bərbərə belə getməyən Eynşteyn corabının tayını geyinib geyinmədiyinə belə diqqət etmirmiş.

2. Şigeru Miyamoto

“Mario”x9d və “Donkey Konq”x9d kimi məşhur oyunların yaradıcısı Miyamoto gördüyü hər şey haqqında bir ehtimal bildirməyi sevib. Qarşısındakı insanın çəkisindən tutmuş yaşına qədər bir çox fərqli şeylə bağlı fikir yürütməyə çalışırmış. Elm adamları bu üsulun ətrafınızdakı dünyanı daha yaxşı dərk etməyinizi və təhlil etməyinizi təmin etdiyini söyləyir.

3. Mark Zukerberq

Zukerberqin bir televiziya proqramına ev səndəlləri ilə qatıldığını görə bilərsiniz. Bunun səbəbi isə bu cür xırda şeylərə başını heç yormamağı üstünlük verməsidir. Məsələn, hər gün eyni cür paltarlar geyinmək həqiqətən də mühüm işlər üçün daha çox vaxt ayırmağa kömək edir. Beləliklə, əsl konsentrasiya olması lazım olan şeylərə diqqət yetirib, geri qalan detallara diqqətini paylanmasının qabağını almış olarıq.

4. Edit Sitvell
Məşhur ingilis qadın şairin maraqlı bir sirri vardı. Sitvell "Hər bir qadın həftədə bir gün hər şeyi bir kənara qoyub, gün boyu yataqdan çıxmayıb, kef etməlidir" deyirdi. Sitvell bunu həyatı boyu tətbiq edib.

5. Aqata Kristixa0

Detektiv romanlarının məşhur müəllifindən peşəsini soruşanda "evdar qadın" deyə cavab verirmiş. Özünə aid bir yazı masası belə olmayan Kristi "iki yemək arasında yemək masası yazmaq üçün idealdır" deyirmiş.

6. Truman Kapote

“Tiffanidə səhər yeməyi”x9dnin tanınmış yazarı əsərlərini yatağında siqaret çəkərək və qəhvə içərək yazırmış. Külqabıda ən çox üç kötük alan Kapote bu saydan sonra siqaret çəkərsə, digər kötükləri cibinə qoyurmuuş. Kapote, həmçinin, uğursuzluğuna inandığı rəqəmləri telefonda yığmır, o nömrənin yerləşdiyi otel otağında qalmırdı.

7. Ceyn Ostin

“Qürur və qərəz”x9d romanının məşhur qadın müəllifi işini ailəsindən kimsənin görməsini istəmirmiş. Ostin çalışarkən ailə üzvlərindən birinin yaxınlaşdığını eşitsə, dərhal yazılarını gizlədirmiş.

8. Aleksandr Qrem Bell

Telefonu icad edən adam gündə yalnız 2-3 saat yatırmış. Bell, bu vəziyyəti "Beynim çox qarışıqdır. Ağlıma bir fikir gələrsə, yadımdan çıxar deyə qorxuram" ”“ deyə açıqlayırmış.

9. Mark Tven

Amerika ədəbiyyatının atası insomnia - yuxusuzluq xəstəsi olub. Gecələr bir növ yatmayan Tven bəzən yorğun düşüb bir küncdə yatıb qalırmış. “Tom Soyer”x9din məşhur müəllifi bir neçə dəfə yaxınları tərəfindən hamam döşəməsi və ya Missisippidə palçıqlı bir küçədə yatıb qalmış halda tapılıb.

10. Frensis Skott Fitscerald

"Böyük Qetsbi" romanının müəllifi eynilə öz qəhrəmanları kimi yaşayırmış. Caza qulaq asıb, məclislərdə səhərə qədər içən Fitscerald "Mən sərxoş olmadan yazmıram" deyirmiş. Təəssüf ki, çox sevdiyi spirt onun sonu olub və 44 yaşında ölüb.

11. Viktor Hüqo

“Səfillər”x9d və "Notrdam qozbeli" şah əsərlərinin əfsanəvi müəllifinin qəribə adətləri olub. Hər səhər iki çiy yumurta içən Hüqo buzlu su ilə yuyunurmuş. Hər gün mütləq dəlləyə gedib saçını düzəltdirirmiş. Bu vərdişlərin faydalı olduğunu düşünən Hüqo 83 yaşına qədər yaşayıb.
xa0
12. Volfqanq Amadey Motsart

Motsart bir çox psixoloji narahatlıqlardan əziyyət çəkib. Bəlkə də bu üzdən hər şeyi qruplaşdırmaq və kateqoriyalara bölməyə daha çox ehtiyac duyub. Gündəlik fəaliyyətlərini də buna uyğun şəkildə təsnif edir və vaxtlara ayırırmış. Məsələn, müəyyən saatları dərs vermək üçün ayırır və bu saatlarda başqa heç bir işlə məşğul olmamağa çalışırmış.
xa0
13. Lui Armstronq

Caz musiqinin atası sanki yollarda yaşayırmış. Bütün həyatı qastrollarda keçən Armstronq bəzən konsertə 2 saat qalmış orada olur və məşq etmədən səhnəyə çıxırmış.
xa0
14. Karl Marks

Həyatının 34 ilini Londonda keçirən Karl Marks Britaniya Muzeyin oxu alına girir və səhər 09.00-da girdiyi salon bağlanana qədər orada qalırmış. Həmin otaq indi sərgi salonu kimi istifadə edilir.
xa0
15. Çarlz Dikkensxa0

"Oliver Tvistin macəraları", “Nikolas Niklbay", "Devid Kopperfild" kimi əsərlərə imza atan Dikkensin uğurlu əşyaları var imiş. Onlar olmadan masasında işləməyən Dikkens təzə çiçəklərin olduğu bir vaza, uğurlu kağız açacağı, üzərində bürünc bir dovşanın olduğu təmiz kağızlar ilə duel edən iki qurbağa bəzək-düzəyi masasında olmasa, işləməzmiş.xa0
xa0
16. Lüdviq Van Bethoven

Dünyanın ən böyük bəstəkarlarından biri, “Newyork Times”x9d qəzeti tərəfindən də klassik musiqi tarixinin ən əhəmiyyətli 10 yaradıcısından biri seçilən Bethovenin də çox qəribə xasiyyətləri var imiş. Bethoven ətrafındakı insanlarla çox kobud davranır, hər kəslə dava edirmiş. Sonradan kar olması isə onun və ətrafındakıların həyatını daha da çətinləşdirib. Evindəki işçiləri oğurluqla günahlandırır və hirsləndiyi zaman divara bir şeylər çırparaq özünü sakitləşdirirmiş. Daim çirkli paltarlar geyinən və pis qoxu verən Bethoven heç vaxt evlənməyib.
xa0
17. Bencamin Franklin

Franklin hər gün Londonun buz kimi çayında üzərmiş. Belə etməklə beynini açıq və canlı tutmağa çalışırmış. Buz kimi suya daxil olmağınızı tövsiyə etmirik, amma soyuq bir duş almaq sizi gün ərzində daha canlı və səmərəli edər.
xa0
18. Tomas Edison

Edison hər kəsin tanıdığı bir dahidir. Bəs dahi olmaqla, az yatmaq arasında bir əlaqə varmı görəsən? Edison həyatı boyu qısa yuxularla həyatını davam etdirməyi bacarıb və heç bir insanın bütün bir gecəni yatmaqla keçirməməli olduğunu söyləyib. Edison yuxudan, sevdiklərindən, yeməkdən, yəni həyatın bütün nemətlərindən özünü uzaq tutaraq bütün müvazinətini yalnız işinə verib.


Hazırladı: Uğur


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin