Karl Saqanın illər əvvəl dünyamızın bugünü ilə bağlı verdiyi proqnozlar irəliləyən zaman kəsiyində Karl Saqanın nə qədər haqlı çıxdığını sübut edir.
Moderator.az bildirir ki, аmerikalı аstronоm, аstrоfiziк və görkəmli elm təbliğatçısı, "The Demon-Haunted" World" kitabının müəllifi Karl Edvard Saqan hələ 1995-ci ildə gələcəklə bağlı bir sıra proqnozlar verib. Astrofizikin gerçək çıxan proqnozlarına nəzər yetirəndə anlaşılır ki, hələ illər öncə bugünkü xa0dünyamız, xa0xüsusilə də Amerikanı indiki gerçəkləri ilə bağlı bütün həqiqəti bildirib.
Karl Saqan emal işlərinin məhv olacağı, orta hesabla bir insanın siyasi həyat üzərində heç bir nəzarəti olmayacağı və hamının batil inanclarla mübarizə aparacağı haqqında insanlara xəbərdarlıq etmişdi. O, bunları yalnız təxmin etmişdi. Sosial media üzərində mütəmadi olaraq qarşılaşdığımız foto isə astrofizikin proqnozlarıdır və tamamilə gerçəkdir.

Karl Saqanın məhz sosial mediada böyük əks-səda doğuran öncəgörmələrini təqdim edir:
xa0
"Uşaqlarımın və ya nəvələrimin zamanındakı Amerika ilə bağlı bir öncəgörməm var
xa0
- Amerika bir servis və bilik iqtisadiyyatı halına gələndə, demək olar ki, bütün emal sənayesi digər ölkələrə dəyişdiyi zaman, mükəmməl texnoloji güclər az sayda insanın əlində olanda və ictimai faydanı təmsil edən heç kim məsələləri qavraya bilməyəndə, insanlar öz başlarına gündəmlərini təyin etmə qabiliyyətlərini itirdikdə və ya səlahiyyətli şəxslər tərəfindən bu qabiliyyətlər sorğu-sual olunanda, kristalları əlimizdə tutub bürclərimizi başqalarıyla məsləhətləşəndə, geriləyən qabiiyyətlərimiz nəyin doğru olduğunu və nəyin yaxşı hiss etdirdiyini ayırd edə bilməyəndə, pis yola düşürərik, fərq belə etmədən batil inanca və qaranlığa geri qayıdarıq.
- Amerikanın səviyyəsinin aşağı düşməsi, əsl mənbələrin çürüyərək nüfuz sahibi mediada 30 saniyəlik (indi 10 saniyəyə və ya daha aza düşdü) aralarla nəşr olunması, ən aşağı ortaq paydakı proqramlaşdırma, yalançı elm üzərində aparılan batil əqidəli təqdimatlarla bəlli olar. Amma xüsusilə bu hal cəhalətin bayram olunmasının bir növüdür".
Zəhra




































































































