Ronaldo və Corcinanın nikah müqaviləsinin detalları açıqlanıb

Hazırda oxunan: Ronaldo və Corcinanın nikah müqaviləsinin detalları açıqlanıb

631219

Futbol üzrə Portuqaliya millisinin və "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Corcina Rodriqeslə rəsmi nikaha daxil olub.

Bizim.Media Oxu.Az-a istinadla xəbər verir ki, cütlük toy mərasimindən bir gün əvvəl nikah müqaviləsi imzalayıb.
 

Müqaviləyə əsasən, tərəflər nikahdan əvvəl sahib olduğu əmlakı özündə saxlayır. Toydan sonra alınan əmlak kimin adına rəsmiləşdirilibsə, ona məxsus olacaq. Birgə alınan əmlak isə hər iki tərəfə aid ediləcək.


 Nikah şəhadətnaməsində ailənin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində daimi yaşadığı qeyd olunub. Corcina nikahdan sonra soyadını dəyişməyib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin