Türkiyəli müğənni Deniz Seki xəstəxanaya yerləşdirilib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi İstanbulda yaşadığı evdə eyvana çıxarkən ayağının sürüşməsi nəticəsində yıxılıb.
Hadisədən sonra Sekinin iş yoldaşı Cemal Günbaş təcili tibbi yardım maşını çağırıb.
Bildirilib ki, xəstəxanaya çatdırılan müğənni müayinələrdən keçirilib.
Məlumata görə, tibbi yoxlamalar zamanı onun omba sümüyünün yaxınlığında sınıq və onurğasında zədələnmə aşkarlanıb.
Qəza nəticəsində xəstəxanaya yerləşdirilən sənətçi əməliyyat olunub.
Deniz Sekinin bir müddət yataq rejimində qalacağı və sağalma prosesində hərəkətlərini məhdudlaşdıracağı qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
05:39 / 11.08.2026
Deniz Seki xəstəxanaya yerləşdirildi
Hazırda oxunan: Deniz Seki xəstəxanaya yerləşdirildi
Hazırda oxunan: Deniz Seki xəstəxanaya yerləşdirildi
630408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































