Kristi Brinkli bir daha sübut edib ki, yaş sadəcə rəqəmdir. 1980-ci illərin əfsanəvi supermodeli 72 yaşına baxmayaraq, Instagram-da paylaşdığı yeni fotolarda cəsarətli və diqqətçəkən obrazı ilə pərəstişkarlarını heyrətləndirib.
Bizim.Media xəbər verir ki, ulduz gümüşü düymələri olan qısa şortda qırmızı rəngli retro Ford F-100 avtomobilinin fonunda poza verib.
Parlaq fotosessiya onun brendləri – Bellissima Prosecco & Wines və Bella Sprizzin tanıtımına həsr olunub.
Lakin 1,7 milyon izləyicinin diqqətini içkilərdən daha çox Kristinin heyrətamiz fiziki forması çəkib. Şərhlərdə pərəstişkarları modelə heyranlıqlarını ifadə ediblər:
“Allahım, mənə də @christiebrinkley kimi yaşlanmağa icazə ver!”
“Bir anlıq bunun qızın olduğunu düşündüm!”
“İlahi, mən səni həqiqətən qızınla səhv saldım!”
“Möhtəşəm görünürsünüz! Əslində, siz həmişə belə görünürsünüz. Qızlarınız genetik lotereyada bəxtəvər olublar!”
Ulduzun 28 yaşlı qızı Seylor Brinkli-Kuk da şərhlərə qoşulub. Anasının yolunu davam etdirən və Ford model agentliyi ilə çalışan Seylor paylaşımın altında qısa şəkildə “Gözəl” yazıb.




Bizim.Media

- A-
- A
- A+
Şoutaym
09:19 / 09.08.2026
72 yaşlı supermodeli 28 yaşlı qızı ilə səhv saldılar - FOTO
Hazırda oxunan: 72 yaşlı supermodeli 28 yaşlı qızı ilə səhv saldılar - FOTO
Hazırda oxunan: 72 yaşlı supermodeli 28 yaşlı qızı ilə səhv saldılar - FOTO
630082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































