"Yeraltı" serialında "Mələk" obrazını canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin özündən 10 yaş böyük tərəf müqabili Hakan Çələbi ilə sevgili olduğunun ortaya çıxmasının ardından atası Ünal Çiftçi prokurorluğa müraciət edib.
Bizim.Media xəbər verir ki, aktrisanın anası Kader Çiftçi qızının adının hallandığı qalmaqal fonunda həyat yoldaşı Ünal Çiftçiyə qarşı boşanma və zina iddiası ilə məhkəməyə üz tutub.
O, ərinin qızının qazandığı pulu başqa qadınlara xərclədiyini iddia edib.
Qeyd edək ki, Ülkünün atası Ünal qızının sevgilisi Hakanın ondan yaşca böyük olduğunu iddia edərək aktyoru prokurorluğa şikayət edib.
Lakin daha sonra məlum olub ki, Ünal özü dəfələrlə qızı ilə birgə Hakanla ünsiyyətdə olub. Mediada onların birgə çəkilən fotoları yayılıb. (axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:15 / 07.08.2026
“Qızımın pullarını başqa qadınlara xərcləyir” - Anası səssizliyini pozdu
Hazırda oxunan: “Qızımın pullarını başqa qadınlara xərcləyir” - Anası səssizliyini pozdu
Hazırda oxunan: “Qızımın pullarını başqa qadınlara xərcləyir” - Anası səssizliyini pozdu
629902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































