Sion təpələrindən gələn fəlakət

Hazırda oxunan: Sion təpələrindən gələn fəlakət

49057

Bir neçə gün öncə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən  Martin İndikin istefa xəbərləri yayıldı. Ekspertlər bu istefanın səbəbini diplomatın öz missiyasının öhdəsindən gələ bilməməsi, özəlliklə İsrail- Fələstin müzakirələrindəki uğursuzluqla əsaslandırmışdılar.  Qeyd edək ki, Martin İndik öz vəzifəsinə cəmi bir il bundan əvvəl təyin olunmuşdu.

Bir il belə sürməyən bu təyinatın fiaskoya uğraması Yaxın Şərqdə ciddi proseslərin başlayacağından, qanın su yerinə axacağından xəbər verirdi. Nə yazıq ki, gözlənilən oldu. İraqda İŞİD adlı silahlı qrupların ölkədəki şiələrə qarşı hücuma keçmələri, bir sıra şəhərləri heç bir müqavimətlə üzləşmədən ələ keçirmələri, dini görüşlərinə görə sivil xalqın qətliama uğradılması olacaqların ilk işartıları idi. Görünən budur ki, İŞİD kartı yalnız İraqla kifayətlənməyəcək,  bütün Yaxın Şərqə yayılacaq. Əslində İŞİD yaraqlılarının şiə inancında müqəddəslik ehtiva edən bir sıra məbədləri partlatması da, Türkiyə diplomatlarını əsir götürmələri də məhz bu məqsədə xidmət edir.

Məsələ burasındadır ki, rəsmi ideologiyası şiəlik olan İranın seyyid və imamzadə qəbrlərinin yerlə yeksan olunmasına uzun müddət seyrci qalması faktiki olaraq mümkün deyil. Rəsmi Tehran ya zorən dəvət olunduğu İraqa hansısa formada müdaxilə edəcək, ya da uzun illər boyu söykəndiyi ölkənin inanclı vətəndaşlarının nəzdində etibarını itirəcək. Bu isə yaxın gələcəkdə İran rejiminin zəifləməsi, rəsmi ideologiyasının inandırıcılığını itirməsi deməkdir ki, bütün ideoloji dövlətlərin süqutu bu cür başlayır. Yəqin ki, İran rejimi məhz özünün olum və ya ölüm seçənəyi qarşısında ən azı ömrünü uzatmaq üçün İraq şiələrinin imdadına yetişmək yolunu seçəcək.

Eynilə Mosulda səfirliyi basılan və onlarla diplomatı əsir götürülən Türkiyə də ciddi imtahan qarşısındadır. İndiyə qədər özünü bölgənin ən nüfuzlu ölkəsi kimi aparan və ərəb inqilablarında az qala proseslərin mühərriki kimi çıxış edən rəsmi Ankara Mosuldakı öz varlığına qarşı həqarət sayıla biləcək hadisələri əli qoynunda, çarəsiz bir şəkildə uzun müddət izləyə bilməz. Dünənin diktatından bu günün cırtdanına çevrilmək, əlbəttə, asan manevr üsulu deyil və bu qardaş ölkənin beynəlxalq nüfuzuna ciddi kölgə sala bilər. Məhz öz siyasi çəkisini qorumaq üçün Türkiyə də əvvəl-axır İraqda baş verən proseslərə müdaxilə etmək zorundadır. Əslində İŞİD kartıyla beynəlxalq güclərin də məqsədi bölgə dövlətlərini İraqdakı proseslərə cəlb etmək, onları içərisindən çaxa bilməyəcəkləri ədavətə sürükləməkdir. Yəqin ki, İran və Türkiyənin İraqa müdaxiləsindən sonra digər ərəb və müsəlman dövlətlər də tərəflərin hansısa bucağında yer alacaqlar. Beləcə İslam dünyası üz-üzə gətiriləcək.

Bir çoxları İslam dünyasının məzhəb savaşlarına sürüklənməsinin əsas səbəbini böyük güclərin neft strategiyası ilə izah etməyə çalışırlar. Bu arqumentdə həqiqət payı, təbii ki, az deyil. Fəqət məsələni yalnız bununla əlaqələndirmək də baş verənləri bəsitləşdirmək olardı. Belə ki, Orta Şərqdəki mövcud durum əslində trans-milli neft şirkətlərinin arzularına cavab verir. Ölkələrin başlarına gətirilən krallar və diktatorlar öz varlıqlarını qorumaq naminə onsuz da əcnəbi ağalarından asılı vəziyyətdədirlər. Bölgələri daha artıq ram etmək üçün əlavə nəyəsə, xüsusilə daxili ziddiyyətlərə qətiyyən ehtiyac yoxdur. Hətta bölgələri bürüyən vətəndaş müharibələri istər-istəməz neft hasilatına da ciddi zərərlər vurur, bəlkə də tarns-milli şirkətlər indiki durumdan əvvəlki kimi faydalana bilmirlər. Zənnimcə, İslam dünyasının qan gölünə çevrilməsinin başqa səbəbi var və bu səbəb daha çox İsrailin dövlət maraqlarına xidmət edir.

Məlum olduğu kimi İsrailin rəsmi ideologiyası olan Sionizm dini ədəbiyyatlarda təxti-Süleyman kimi keçən imperiyanı yeindən bərpa etmək məqsədi daşıyır. Müqəddəs mətnlərə görə paytaxtı Sion təpələrində qurulan Süleyman xənadanının çox böyük coğrafiyası var idi. Bir ucu indiki Səudiyyə Ərəbistanından başlayıb, şərqdə  Dəclə-Fərat çaylarına, qərbdə Aralıq, Şimalda Qara dənizə qədər uzanan bu krallıq Süleyman peyğəmbər vəfat edincə yox oldu. Onun yox oluşunun başlıca səbəbi başda yəhudilər olmaqla bütün imperiya xalqlarının Sion təpələrində böyük xəzinələrin, ən əsası sehrli güclərin gizlədilməsinə və bu gücə sahib çıxan hər kəsin Süleyman peyğəmbər kimi dünyanın ağası olacağına inanmaları idi. Miladdan əvvəl 10 əsrdən başlayaraq ta İslam hegemonluğuna qədər yağmalanan, Süleyman mirasına sahib olmaq naminə hər tərəfi qazılıb deşik-deşik edilən Sion təpələrində Məscidi-Əqsanın yenidən inşa olunması bu axtarışların qarşısını aldısa da ürəklərdən dünyanın sahibi olmaq ehtirasını çıxara bilmədi.

Daha sonra cəhalətə düçar olub bölgədə və dünyada öz hegemonluğunu itirən İslamın çöküşüylə millətçi yəhudilərin ürəklərində intişar tapan bu hislər dünyaya səpələnmiş Süleyman nəslinin nümayəndələrini II Dünya savaşından sonra bölgəyə gətirəcək və təxti- Süleymanın bərpası uğrunda mübarizəni körükləyəcəkdi. Necə ki, diqqətlə nəzər salsaq, bu gün məhzəb savaşlarının ən çox can aldığı bölgə də məhz bu həmin ərazilərdir- cənubdan Səudiyyə Ərəbitanı, qərbdən Suriya, şərqdən İraq. Şimaldan isə Türkiyə yavaş-yavaş bu od çəmbərinə yaxınlaşır.

Bəlkə bir çoxlarına əhailisinin sayı az qala yarım milyarda yaxın olan coğrafiyanın bir neçə milyonluq İsrail tərəfindən idarə ediləcəyinə inanmaq nağıl kimi görünə bilər. Riyazi olaraq təbii ki, elədir. Fəqət bu günkü durumda arzu olunan nöqtəyə çatmaq heç də uzaq məsafə kimi görünmür. Bölgə xalqlarının ictimai şüurunun məzhəb savaşları virusuna yoluxdurulması da artıq bu arzunu reallaşdırmaq üzrədir.

Halbuki yaxın zamanlara qədər İsrailin Fələstin xalqına qarşı yürütdüyü amansız siyasət məzhəbindən asılı olmayaraq hər kəsi narahat edirdi. Başda İran və Suriya olmaqla bütün İslam dünyası İsrail zülmünə qarşı eyni cəbhədə birləşmişdilər. Fələstin xalqına gizli olaraq verilən dəstək İsrailin bu bölgədə yayılmasının qarşısını alırdı. Hətta 2006-cı ilin yayında şiə olan Livan Hizbullahı sünnü fələstinliləri İsrail hücumundan qorumaq üçün özünü oda atmış və bir neçə ay sürən müharibədən bir növ qalib belə ayrılmışdı.

ABŞ və İsrail ordularına qarşı təkbaşına, əlindəki köhnə silahlarla savaşmasına, Livanın yerlə yeksan olmasına baxmayaraq Hizbullahın qəhrəmancasına göstərdiyi dirəniş Tel-əvivi ciddi narahat etmiş, bütün müsəlmanların  Fələstin məsələsində ortaq mövqeyə gəlməsini haqlı olaraq özünün sonu olaraq görməsinə səbəb olmuşdu. Məhz buna görə də 2006-cı ildə məğlubiyyətin bütün ağır şərtlərinə rəğmən İsrail Livanla müharibədən geri çəkilmişdir.

Kim bilir, bəlkə də elə o vaxtdan sonra dünya ağalığına can atan ABŞ və onun strateji müttəfiqi sayılan İsrail Orta Şərqdə öz mövcudiyyətlərini qorumaq üçün mütləq və mütləq İslam dünyası arasında getdikcə möhkəmlənən dindaşlıq hissini zəiflətməyə qərar vermişlər. Bunun ən gözəl yolu isə təbii ki, məzhəb savaşından keçirdi. Zira bir-birinin qanına susayan İslam dünyası həm iqtisadi, həm hərbi cəhətdən zəifləyər, həm də öz dindaşı üzərində qələbə qazanmaq üçün İsrailin, ABŞ-ın mərhəmətinə sığınardı. Beləcə, dünənin düşməni bu günün dostuna, dostu düşməninə çevrilə bilərdi. Daxili müharibələrdə zəifləyən avtoritet boşluğunu doldurmaq isə o coğrafiyanın hakimi-mütləq gücü sayılan İsrailin öhdəsinə qalardı.

Sizcə, bu, elə 3 min il əvvəlki Süleyman imperiyasının bərpası deyilmi?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin