Yeni ilin səhərisi günü tanıdığım bir gənc qızın Feysbukdakı statusu özümün də dəfələrlə rastlaşdığım və utanc keçirdiyim durumu bir daha mənə yaşatdı. Gənc cütlük Tiflisdə yeni il qarşılamağa gedib, restoranların birinə xa0şam yeməyinə gedəndə içəridə əyləşən soydaşlarımız onları xəbərdar edib ki, qonşu masada əyləşənlər ermənilərdi, keflidirlər, ehtiyatlı olun. Musiqi sifarişi verən ermənilər bizim musiqini səsləndirib öz dillərində oxuyurlar, sonda isə bizimkilərin əyləşdiyi stola yaxınlaşıb harınlıqla “ bu bizim musiqidir”x9d deyib gedirlər.xa0
Qız yazır: “ Hamının xa0qanı - it qanı, amma nəyə gorə? Bir mahnıya gorəmi? Bizim qucaq-qucaq torpaqlarımız ayaqlarının altındadı, qulac-qulac hörüklü qadınlarımız əllərindədi, cavanlarımız, qocalarımız əsir düşərgələrindədi... Məğlub bir xalqın nümayəndəsi düşmənə nə deyib dillənəsidi? Nəyi qoruya bildik ki?”x9d
Qarabağ xa0işğal olunandan sonra xa0bir neçə xa0xarici ölkələrdə olmuşam, ABŞ-da da. Olduğum bütün yaxın-uzaq ölkələrdə biləndə ki, Azərbaycandanam ilk sualları belə olurdu: "Axı necə oldu ki, ermənilərə uduzdunuz? Siz çox, onlar az, siz varlı, onlar kasıb. Niyə məğlub oldunuz? Nə vaxt müharibə edəcəksiniz? Nə vaxt Qarabağı geri qaytara biləcəksiniz?". Bu suallara verdiyim cavablar günahkarın törətdiyi əməldən qaçmasına bənzəyirdi. Həmin dövrün beynəlxalq şərtlərindən, təklənməyimizdən gətirdiyim yarı həqiqət, yarı bəhanələr bəraətə cəhddən başqa bir şey deyildi.xa0
Zaman keçib, indi xaricdə bu sualları verənlər də azalıb, amma yenə də olur və yenə də köhnə bayatıları oxuyanda əlavə edirlər ki, yaxşı o dövrün şərtləri əleyhinizə idi, bəs bu illərdə vətəni azad etmək üçün nə iş görmüsünüz? xa0Susuram, heç nə edə bilmədiyimizi onsuz da bilirlər. “Amma, sizinkilərdə heç hiss olunmur, dünyanın bütün əyləncə yerlərində sizinkilər keyfdədirlər”x9d, demək istəyirlər ki, vecinizə deyil, demək istəyirlər ki, sizləri torpaq, vətən maraqlandırmır, bütün fikriniz-zikriniz pul qazanıb əylənmək, villalar tikmək, ən bahalı maşınlarda gəzməkdir. Demədiklərini kinayəli baxışlarında, dodaqaltı qımışmalarında hiss etmişəm. xa0
Moskvada bir rus tanışım mənim dediklərimə Dostoyevskinin bir aforizmi ilə cavab verdi : "Başına gələn əzablardan rus xalqı sanki ləzzət alır”x9d. Dostoyevskinin kəlamında xa0“rus xalqı”x9dnın yerinə “Azərbaycan xalqı”x9d yazsaq hesab edirəm ki, mahiyyət dəyişməz. Məğlub ölkənin vətəndaşı olmaqdan əzablı nə ola bilər?! Bilirəm ki, bu suallar Sizlərə də verilib. Mənim kimi nə demisiniz, deməmisiniz bilmirəm, amma bilirəm ki, daxilən utanc keçirmisiniz, o sualdan qaçmısınız, o tanışınızın üzünə şax baxa bilməmisiniz. Əgər tanışınız təzəcə tanış olduğunuz xanım olubsa, tanışlıqdan əvvəlki qürurunuz, kişiliyiniz, yekəxanalığınız da əriyib. Mən bunları yaşamışam, yaşayıram.xa0
Bu məğlubiyyət sindromunu təzəcə evlənmiş o cütlük də yad yerdə yaşayıb, özünün dediyi kimi”x9d qanları xa0itin qanına dönüb”x9d və xa0deyəsən hələ qanımızın itin qanına dönməsi hallarını çox yaşayası olacağıq. Vətəndaş olaraq biz hamımız bu hissləri xa0yaşayırıqmı? Məncə yox. Yaşasaydıq xa0Qarabağ uğruna dövlət olaraq, millət olaraq birlikdə xa0addımlar atardıq. Vətən torpağını azad etmək xa0iqtisadi böhrana, devalvasiyaya, çörək dalınca yüyürməyə baxmır. Varlı olanda, pul başdan aşanda da.., “yaddan çıxdı Qarabağ”x9d. Yalnız övladlarına deyil, nəvə nəticələrinə, yeddi arxa dönəninə də yatırım qoyanlar, maddi zənginlik bəxş edənlər bilsinlər ki, bir gün övladları, nəvələri ona verilən Qarabağ sualından utanc yaşayacaq, əyləncə yerində pərt olacaq, xa0onda hamımızı qınayacaq ki, kaş mənə Qarabağı qoyub gedəydiniz.
1999-cu ildə Strasburqda NATO-nun 50 illkik yubileyində rus dilini bilən bir yunandan soruşdum xa0ki, Türkiyə də, Yunanıstan da eyni hərbi blokun üzvüdür, amma Sizin Türkiyə ilə münasibətləriniz niyə belə gərgindir? Yunan dedi ki, bizim münasibətlərimizdəki gərginliyin tarixinin 500 ildən çox yaşı var. Konstantinopol məğlubiyyətini unuda bilmirik, geri də ala bilmirik.xa0
Bizim Qarabağ məğlubiyyətimizin yaşı xa030 xa0ilinə keçir. 30 ildir Qarabağı qaytara bilmirik. Qarabağı geri qaytara bilməyən məğlub xa0millətin qanının it qanına dönəcəyinin perspektiv yaşı 500 il ola bilər.






























































































