Azərbaycanlıya “Lamborghini”x9d ilə törətdiyi qəzaya görə cəza verildi - FOTO

Hazırda oxunan: Azərbaycanlıya “Lamborghini”x9d ilə törətdiyi qəzaya görə cəza verildi - FOTO

85911
Babayev AST Telmanın oğullarının dostudur.

Cenevrə məhkəməsi idman bolidalarında Cenevrə yollarında yarışma düzəldən və 70 yaşlı alman təqüdçüsünü vuran 27 yaşlı Ziya Babayevə şərti olaraq 2 il həbs cəzası və 10 min İsveçrə frankı (9,6 avro) cərimə verib. xa0

Moderator.az xəbər verir ki, 2009-cu ilin noyabr ayında Babayev öz dostları ilə - onlardan ikisi Çərkəz bazarının sabiq sahibi Telman İsmayılovun oğlanlarıdır - Cenevrədə idman bolidalarında yarış düzəldiblər.

Babayev “Lamborghini”x9d, onun dostları isə “Mercedes McLaren”x9d, “Bugatti Veyron”x9d və “Porsche Cayenne”x9d avtomobillərinin sükanı arxasında olublar.

İçkili vəziyyətdə olan gənc adam 144-151 km/s sürətlə hərəkət edirmiş. Babayev qarşısındakı avtomobili ötərkən idarəetməni itirərək, 70 yaşlı təqaüdçünün idarə etdiyi “Volkswagen Golf”x9d avtomobilinə çırpılıb. Zərbədən maşın bir neçə yüz metr irəli atılıb, təqaüdçü isə ağır xəsarət alıb. Babayevin ailəsi təqaüdçünün ailəsinə dəyən maddi və mənəvi zərəri ödəyəcək, məbləğ isə açıqlanmır.

Hadisədən sonra İsmayılovun oğlanları İsveçrədən Türkiyəyə uçublar.

Məhkəmə araşdırması gedən müddət ərzində Babayev iki dəfə sərxoş halda “Bentley”x9d avtomobili ilə saxlanılıb. Babayev məhkəməyə avtomobil ehtiyat hissələrinin satışı üzrə biznesi, eləcə də fastfud şəbəkəsinə sahib olduğunu, ayda 30 min dollar qazandığını və öz aktivlərini 5 milyon frank məbləğində (4,75 milyon avro) dəyərləndirdiyini deyib.

Məhkəmə Babayevə İsveçrə ərazisində işləməyi və daha öncə ödənmiş 100 min frank məbləğində (94,9 min avro) girovun bir hissəsini geri götürməyə icazə verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin