Mənimlə bağlı son hadisələrin təfərruatı haqda Sizə demək istəyirəm. Mənə qarşı təzyiqlərin davamı kimi may ayın 18-də saat təxminən 14:30-da evimizə iki nəfər polis işçisi gələrək, məni aldatma yolu ilə, yəni, guya məni 1-ci Polis Bölməsinin rəisi görmək istəyir adı ilə 1-ci polis bölməsinə gətirdilər. Mənim "nə məsələdir, niyə məni rəis görmək istəyir" sualıma heç bir cavab vermədilər. 1-ci bölmənin həyətinə daxil olanda, məndən şəxsiyyət vəsiqəmi aldılar və 5-6 polis əhatə edərək hec bir izah etmədən və hər hansı bir sənəd təqdim eləmədən dedilər ki: mən Ruhi-Əsəb Dispanserinə getməliyəm və şəxsiyyət vəsiqəmi ora çatanda alacam. Onda bildim ki, söhbət nədən gedir. Mən onlara etirazımı bildirdim və izah elədim ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi (H.X.Ç.D.X) məni qanunsuz və əsassız olaraq Ruhu-Əsəb dispanserinə gondəriş verib. Guya mən H.X.Ç.D.X-nin Sumqayıt İdarəsində olarkən həkimlərə “baş ağrılarımdan, yuxusuzluğumdan, beynimə hansısa siqnalların gəlməsi”x9d barədə şikayət etmişəm. Halbuki, mən komissiyadan keçərkən bu cür sözlər heç vaxt deməmişəm və əvəllər bu xəstəliklərlə bağlı nə şikayət, nə də müayinə olmamışam. Bu təmami ilə onların öz uydurmalarıdır ki, məni Ruhi- Əsəb Dispanserinə göndərib ləkələsinlər. Bu da Sumqayıt şəhər İcra Hakimiyyətinin sifarişi ilə mənə qarşı olan təzyiqlərin tərkib hissəsidir. Xatırladıram ki, mən Sumqayıt şəhər İcra Hakimiyyətini şəhərdə ağacların kütləvi kəsilməsinə görə məhkəməyə vermişəm və Kütləvi İnformasiya Vasitəsi ilə bu qanunsuz faktlarla bağlı müraciət yaymışam. İndi isə qayıdıram may ayının 18-də mənə qarşı törədilən qanunsuzluğa. Polis bölməsinin həyətində məni hər tərəfdən əhatə edən polislərə başa salmağa çalışdım ki, onlar qanun keşiyində durmalı və belə qanunsuz hərəkətlərə yol verməməlidilər, cünki iş məhkəmə ilə yanaşı Respublika H.X.Ç.D.X-nin təhqiqat şöbəsindədir və hal hazırda bu faktla bağlı araşdırma gedir. Bu sözdən sonra polis işçisi məni əlimdən tutub dedi ki: əgər maşına minməsən, səni onsuz da zorla aparacayıq. Bu sözlərdən sonra polislər məni 11-ci mk-yonun müfəttişinə məxsus olan maşına 3 nəfər polislə birlikdə otuzduraraq Maştağa qəsəbəsində yerləşən Ruhu-Əsəb Dispanserinə apardılar. Ora çatanda mənə dedilər ki, məni Sumqayıt prokurorluğunun təqdimatı və prokurorun böyük köməkçisi Sərxan Bəxtiyarovun iştraki ilə aparılan məhkəmənin qərarı ilə gətirilmişəm.
Amma məni Maştağada yerləşən Ruhu-Əsəb Dispanserə yox, Psixi-Ekspertiza adlanan qapalı, cinayətkarların saxlanıldığı türməyə saldılar. Psixi-Ekspertizaya məni may ayının 18-də, təxminən saat 16:00-da təhvil verdilər. Ayın 19-da Psixi-Ekspertiza-da komissiya oldu. Məndən soruşdular ki, səni hansı cinayət məcəlləsi ilə gətiriblər? Dedim ki, mən heç bir cinayət etməmişəm, mənim yeganə “günahım”x9d o olub ki, Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı, şəhərdə ağacların kütləvi kəsilməsinə görə məhkəmədə iddia qalırmışam. Komissiyaya mənə qarşı edilən təzyiqlərin mahiyyətini təfərrüatı ilə danışdım. Mənim dediklərimdən sonra komissiyanın üzvləri mənim bura gətirilməyimə cox təəccübləndilər. Orda mən qanunla 21 gün qalmalıydım, amma komissiyadan sonra naməlum səbəblərə görə mən ordan azad olunub Ruhi- Əsəb Dispanserinə köçurüldüm. Orda da məni komissiyadan keçirtdilər və Sumqayıt Hərbi Komisarlığında, Sumqayıt şəhər Prokurorluğunun təqdimatı ilə və eləcə də Sumqayıt şəhər Məhkəməsinin də mənə qarşı olmuş qondarma məhkəmə prosesinin qərarında göstərilən diaqnozlar ikinci komissiyada ləğv olundu və məni əqli cəhətdən tam sağlam adam kimi təsdiq etdilər və məni səhərisi gün, may ayının 20-də evə buraxdılar. Onu da qeyd etmək istəyirəm ki, mənə o qədər psixi xəstəliklər fikirləşib yazıblar ki, hətta Psixi-Ekspertizanın şöbə müdiri təəccüblənib ki, bir adamda nə qədər psixi pozuntular ola bilər.
Təbii ki, mənim Maştağa gəsəbəsində Psixi-Ekspertiza və Ruhi-Əsəb Dispanserində olmağımım səbəbi Sumqayıt şəhər İcra Hakimiyyətinin sifarişi ilə olub. Onlar tam əmin idilər ki, məni Maştağaya göndərməklə birdəfəlik susmağa məcbur edəcəklər. Bu mənə qarşı edilən təzyiqlərin yekün nəticəsi idi, amma yəgin ki, onların təzyiqi bundan sonra da davam edəcək...
Ümumiyyətlə, Eldar Ezizova çox sağ ol deyirəm ki, öz əli ilə mənə qarşı qurduğu tələyə növbəti dəfə özü duşərək bu cür qanunsuz hərəkəti etməklə mənim gələcək addımlarıma yaxşı fürsət verdi...
Sumqayıt şəhər İcra Hakimiyyəti, H.X.Ç.D.X-nin Sumqayıt şəhər İdarəsi, Sumqayıt şəhər Prokurorluğu, Sumqayıt məhkəməsinin əlbir olaraq, mənə qarışı törədilmiş qeyri qanuni hərəkətlərinin sübut, və faktlarını burda təqdim edirəm:
1) Sumqayıt şəhərinin 1-ci polis bölməsinin polisləri məni zorla hec bir sənəd təqdim etmədən H.X.Ç.D.X-nin Sumqayıt şəhər İdarəsində mənə verilən və göndərişdə yazıldığı kimi Sumqayıt şəhərinin Ruhi-Əsəb Dispanserinə yox, Maştağa qəsəbəsində yerləşən Psixi-Ekspertiza adlanan türməyə göndəriblər. Nəyin əsasında?
2) 15.05. 2015 il tarixində Sumqayıt şəhər Prokurorluğunun təqdimatı əsasında baş tutan qondarma məhkəmə prosesinin çıxartdığı qərar: məhkəmə may ayın 15-də olmağına baxmayaraq, məhkəmə haqqında bildiriş 16 may tarixində göndərilib, məktub isə mənə 19 may tarixində çatıb. Bu absurd məhkəmədə güya mənə vəkil təyin olunub və bu proses də güya şəhər prokurorunun böyük köməkçisi Sərxan Bəxtiyarovun iştiraki ilə olub.
Sumqayıt şəhər İcra Hakimiyyəti, H.X.Ç.D.X-nin Sumqayıt şəhər İdarəsi, Sumqayıt Məhkəməsi, Sumqayıt şəhər Prokurorluğu ilə əlbir olaraq mənə qarşı bu cür cinayət törədiblər. Bunlar həmin dövlət strukturlardırlar ki, qanun keşiyində durub vətandaşlarımızın hüquqlarını qorumalıdılar. Bizim dövlətimizin inkişafı və daha da qüdrətlənməsi naminə dövlət strukturlarında olan bu cür ünsürlər cəzalandırılaraq tutduqları vəzifələrindən uzaqlaşdırılmalıdırlar.
Bizim Ulu Öndərimiz Heydər Əliyev, gözəl bir hüquqi dövlət qurub. Bu dövləti qoruyub saxlamaq, daha da gücləndirmək hər bir vətandaşın üzərinə düşür . Onu da qeyd edim ki, son hadisələrlə bağlı artıq Azərbaycan Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və məhkəmədə iddia qaldırılıb.
Ardı var...
P.S. Əlavə olaraq sübütları-sənədləri sizə təqdim edirəm:
1) H.X.Ç.D.X-nin Sumqayıt İdarəsindən verilən göndəriş.
2) 15. 05. 2015-ci il tarixdə olan məhkəmədən bildirişi.
3) 15. 05. 2015-ci il tarixdə olan məhkəmənin konverti.
Tel (055) 834 56 58/



































































































