Qardaş qardaşı arvadını sevirmiş- Dəhşət/VİDEO

Hazırda oxunan: Qardaş qardaşı arvadını sevirmiş- Dəhşət/VİDEO

77369
Aprelin 25-də rayonun Əlimərdanlı kəndində baş verən ağır cinayətin üstü açılıb. 

Aparılan istintaq zamanı Müşfiq Hüseynovun həyat yoldaşı Ruziyə Hüseynova və qardaşı Akif Hüseynov qətldə təqsirli bilinərək saxlanılıblar. Onların qətli müştərək formada törətdikləri bildirilir.

İlkin məlumata görə, Tovuz sakini Müşfiq Hüseynovun qətlə yetirilməsinə qardaşı Akiflə həyat yoldaşı Ruziyyə arasında olan gizli sevgi səbəb olub. Akiflə Ruziyənin uzun müddət bir-birlərini sevdikləri bildirilir. Bu sevgidən xəbəri olmayan böyük qardaşı Müşfiqin də Ruziyədə könlü olub və onu qaçıraraq ailə həyatı qurub. Onlar 16 il bir yerdə yaşayıblar. Bu zamana qədər ailə həyatı qurmayan Akif isə Müşviqdən gizli formada Ruziyə ilə münasibətlərini davam etdirib. Bu müddət ərzində Müşfiq öz ailəsi və qardaşı Akiflə birgə öz ata evlərində qalıblar.

Xatırladaq ki, mərhumun həyat yoldaşı istintaqa verdiyi ifadədə bildirib ki, əri 3 ay əvvəl işləmək üçün Rusiyaya gedib. Aprelin 7-də rayona qayıdıb, ayın 24-də isə həyat yoldaşı ona yarım saatlıq işi olduğunu deyərək evdən çıxıb. Səhərisi gün isə qətlə yetirildiyini bilib. Cəsədin aşkarlandığı kənd qəbiristanlığının yaxınlığından keçən çobanlar “VAZ-2106”x9d markalı avtomobili görüblər. Avtomobilin kimə məxsus olduğunu bilən çobanlardan biri mərhumun qardaşına zəng vuraraq bu haqda xəbər verib. Hadisə yerinə gələn qardaşı avtomobilin yük yerini açanda orada qardaşının meyidini görüb və polisə məlumat verib.

Qeyd edək ki, Tovuzun Əlimərdanlı kənd sakini, 43 yaşlı Müşfiq Hüseynov baş nahiyəsindən iki dəfə güllələnərək qətlə yetirilib. Mərhum və Ruziyyə Hüseynovanın 13 yaşlı qızı, 10 yaşlı oğlu var. (Region TV)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin