Bakıda 12 il başqa adla yaşayan qatil

Hazırda oxunan: Bakıda 12 il başqa adla yaşayan qatil

142180
Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı Mehmet Halil oğlu Sünmez barəsində məhkəmə qərarından apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.xa0

Moderator.az teleqraf.com-a istinadən bildirir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçən prosesdə Mehmet Sünmezin apellyasiya şikayəti üzrə qərar elan edilib.xa0
xa0
Məhkəmədə qeyd olunub ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi Mehmet Sünmezin Türkiyəyə ekstradisiya olunması barədə məsələyə baxıb. Məhkəmə Mehmet Sünmezin Türkiyə Respublikasına verilməsi barədə qərar qəbul edib.
xa0
Amma Mehmet Sünmez Türkiyəyə verilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin qərarının ləğvini, Azərbaycanda yaşamasını qanuniləşdirən qərar qəbul edilməsini istəyib.xa0
xa0
Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar açıqlayıb. Türkiyə vətəndaşının apellyasiya şikayəti təmin olunmayıb.xa0
xa0
Məhkəmə yekun qərar qəbul etdiyi üçün Mehmet Sünmez bu günlərdə Türkiyə hüquq-mühafizə orqanlarına təhvil veriləcək. xa0xa0
xa0
2004-cü il noyabrın 24-də Türkiyənin Turqutlu - Manisa avtomobil yolunun 5-ci kilometrliyində, su kanalının kənarında şəxsiyyəti məlum olmayan meyit tapılıb. Meyit tamamilə çürüməyə məruz qalıb. Aparılan təhqiqat nəticəsində mərhumun şəxsiyyətinin Meltem Putak olduğu və İzmir 9 Eylul Universiteti Ekonometrika fakültəsində təhsil aldığı müəyyənləşib.
xa0
Hadisədən sonra Meltem Putakın tanışı, 1974-cü il təvəllüdlü Yılmaz Akbaba bu cinayətin törədilməsində şübhəli şəxs qismində göstərilib və onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Lakin onun həbsi mümkün olmayıb.xa0
xa0
2015-ci ildə həmin qərar yenilənib və Yılmaz Akbaba beynəlxalq axtarışa verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisində Yılmaz Akbabanın 1978-ci il təvəllüdlü Mehmet Halil oğlu Sünmez adı ilə yaşadığı müəyyən edilib və o, 2016-cı il martın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin