Ağcabədidə həkim qətlə yetirilib...

Hazırda oxunan: Ağcabədidə həkim qətlə yetirilib...

120827
Ağcabədi rayonunda qətl hadisəsi baş verib. Hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb.

Məlumata görə, rayon sakini olan 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı Üzeyir Hacıbəyov-13 ünvanında qətlə yetirilib.

Mərhum evdə tək yaşayıb. Rayonda həkim kimi çalışan qadının övladlarının Bakıda yaşadığı bildirilir.

Məlumata görə, onun polis əməkdaşı olan həyat yoldaşı bir il öncə yol qəzasında ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin