“DəmirBank”x9d plastik kartlarının üstünlükləri

Hazırda oxunan: “DəmirBank”x9d plastik kartlarının üstünlükləri

99744
“DəmirBank”x9d müştərilərinə təqdim edtiyi plastik kartlar üzrə (VİSA Electron, VİSA Classic, MasterCard Standard, VİSA Gold, VİSA Platinum və s.)xa0 üstünlüklərdən faydalanmağı təklif edir.


Bankdan Moderator.az-a verilən məlumata görə, “DəmirBank”x9dın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində 50 milyondan çox ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan nağdsız ödənişini həyata keçirmək mümkündür. Müştəri istədiyi zaman isə bankomat və bank ofisləri vasitəsilə kartdan vəsaiti nağd şəklində çıxara, eyni zamanda rabitə və kommunal xidmətlərin kartla ödənişini həyata keçirə bilər. Bununla yanaşı, “DəmirBank”x9d müştərilərinə plastik kartlar üzrə əlavə imkanlar və xidmətlər də təklif edir.xa0 Həmim imkanlardan biri 38 günlük faizsiz kredit xəttidir ki, müştəri bu imkandan yararlanaraq kartla 38 günədək faizsiz müddət ilə kredit xətti almaq imkanı əldə edir. Kartla kredit xətti əsasən 1 il müddətinə açılır.

“SMS-Bank”x9d xidmətixa0 isə müştərilərə kart hesablarına mobil telefonları vasitəsilə nəzarət etmək imkanı yaradır. Müştəri plastik kartı ilə aparılan hər əməliyyat zamanı avtomatik olaraq dərhal SMS bildirişi alır. Bu isə kart itirildiyi və digər hallarda təhlükəsizlik baxımından çox vacibdir. Müştərilərə təqdim edilən digər əhəmiyyətli xidmətlər sırasına “Card to Card”x9d xidməti də daxildir. Bu xidmət Bank müştərilərinə bankomatlardan istifadə edərək pul vəsaitlərini bir kartdan digər karta tez və rahat köçürmək imkanı verir. “Card to Card”x9d xidməti kredit xəttinin ödənişi üçün də əlverişlidir. Köçürmə etmək üçün müştəri kartın nömrəsini və istifadə müddətini bilməlidir. Pul köçürmələrində isə VİSA plastik kart sahibləri “Cash by code”x9d xidmətindən yararlana bilərlər ki, bu da müştərilərə 5 manatdan 500 manatadək pul göndərmə imkanı verir.

Qeyd edək ki, “DəmirBank”x9dın plastik kartlarının üstünlük və xidmətlərindən yararlanmaq isətəyən müştərilə tək şəxsiyyət vəsiqəsi ilə Bank-ın istənilən filialına müraciət edərək plastik kart sifariş edə bilərlər. Plastik kartların sifarişini DəmirBank-ın inernet səhifəsi üzərindən də etmək mümkündür. Sifariş olunan plastik kartlar 3 iş gününə hazır edilir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank”x9d 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı”x9d və “Hollandiya İnkişaf Maliyyə Şirkəti”x9d (FMO) daxildir. “DəmirBank”x9d həmçinin “Fitch Ratings”x9d beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”x9d, “Planet Rating”x9d agentliyinin isə “pozitiv”x9d proqnozlu “B”x9d reytinqlərinə malikdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin