“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötdü

Hazırda oxunan: “Bitcoin”in qiyməti yenidən 76 min dolları ötdü

637108

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə artım müşahidə olunur.

Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 0,76% bahalaşaraq 76 383,51 ABŞ dollarına yüksəlib.

“Ethereum” 1,26% artaraq 2 434,35 dollara, BNB 1,61% bahalaşaraq 725,57 dollara, “Zcash” isə 22,37% yüksələrək 1 383,19 dollara çatıb. “Bittensor” 2,89%, “Bitcoin Cash” isə 0,48% bahalaşıb.

“Monero” son sutkada 1,30% ucuzlaşaraq 500,35 dollara enib.

Qızıl əsaslı kriptovalyutalarda isə eniş davam edib. “PAX Gold” (PAXG) 1,11% azalaraq 4 286,28 dollara, “Tether Gold” (XAUT) isə 1,01% geriləyərək 4 284,63 dollara düşüb.

“CoinMarketCap 20” indeksi son 24 saatda 0,92% artaraq 157,78 bənd təşkil edib. Kriptovalyuta bazarının ümumi kapitallaşması isə 2,61 trln. dollar səviyyəsindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin