"Reuters": ABŞ Omanda husilərlə gizli danışıqlar apardı

Hazırda oxunan: "Reuters": ABŞ Omanda husilərlə gizli danışıqlar apardı

637073

Ötən həftəsonu ABŞ rəsmiləri Omanın vasitəçiliyi ilə Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nümayəndələri ilə görüşüblər.

Bizim.Media "Reuters”ə istinadla xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan beş fərqli mənbə xəbər verib.
 

"Təfərrüatları ictimaiyyətə açıqlanmayan bu görüş ABŞ-nin Maskatdakı səfirliyində baş tutub", - deyə anonimlik şərti ilə çıxış edən üç mənbə bildirib. İki digər mənbə isə qeyd edib ki, uzun müddətdir regionda vasitəçi rolunu oynayan Oman hökuməti bu görüşün təşkil edilməsinə birbaşa köməklik göstərib.


Mənbələrdən ikisinin verdiyi məlumata görə, görüş zamanı husilər ABŞ rəsmilərinə Amerika gəmilərinə hücum etmək niyyətində olmadıqlarını və Vaşinqtonla 2025-ci ildə əldə olunmuş atəşkəs rejiminə sadiq qaldıqlarını bəyan ediblər.

Məlumata görə, ABŞ tərəfini görüşdə səfirlik əməkdaşları təmsil edib.

Husilərin nümayəndə heyətinin tərkibində isə Maskatda fəaliyyət göstərən və ABŞ-nin sanksiya siyahısında olan yüksəksəviyyəli rəsmi Məhəmməd Əbdülsalam yer alıb. Digər bir mənbə Əbdülsalamın, eləcə də husilərin digər yüksəkrütbəli rəsmisi Əbdülməlik əl-Əcirinin görüşdə iştirakını təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin