Kitabxanadan jurnal götürüldü, 132 il sonra qaytarıldı – Hesablanan cərimənin məbləği

Hazırda oxunan: Kitabxanadan jurnal götürüldü, 132 il sonra qaytarıldı – Hesablanan cərimənin məbləği

637068

ABŞ-də bir kitabxana 132 il ərzində qaytarılmayan jurnal üçün 12 min dollar məbləğində cərimə hesablayıb.

Bizim.Media xəbər verir ki, bu barədə BBC yazır.
 

Söhbət “The Century Illustrated Monthly Magazine” jurnalının sentyabr buraxılışından gedir. “Concord Public Library”nin məlumatına görə, jurnalın qaytarılması 48 220 gün, yəni təxminən 132 il gecikdirilib.


Jurnalı Con adlı bir kişi kitabxanaya gətirib. O bildirib ki, nəşr onilliklər ərzində onun evində olub, lakin jurnalın evinə necə düşdüyünü bilmir. Kişi jurnalı qaytarmaq qərarına yerli qəzetdə gecikdirilmiş kitablar üçün cərimələrin müvəqqəti ləğv edilməsi barədə yazını oxuduqdan sonra gəlib.

“Biz insanların gecikdirilmiş kitabları qaytarmağa başlayacağını gözləyirdik, amma XIX əsrin sonlarına aid bir şeyin qaytarılacağını heç gözləmirdik”, — deyə kitabxana əməkdaşları zarafat ediblər.

Əgər cərimə əvvəlki qaydalara əsasən hesablanmış olsaydı, məbləğ təxminən 12 min dollar təşkil edəcəkdi.

Jurnalı adi kitabxana fonduna qaytarmağı planlaşdırmırlar. Kitabxana onu yerli tarix şöbəsinə bağışlamağı nəzərdən keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin