Lənkəranda "Mercedes Vito" TIR-a çırpıldı: Ölənlər var - FOTO

Hazırda oxunan: Lənkəranda "Mercedes Vito" TIR-a çırpıldı: Ölənlər var - FOTO

637083

Lənkəranda “Mercedes Vito” markalı sərnişin avtomobili TIR-la toqquşub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində, Astara istiqamətində qeydə alınıb.
 

Belə ki, 99-SU-026 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı sərnişin avtomobili İran istiqamətində hərəkət edən TIR markalı iri tonnajlı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.


Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan meyitlər xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin