Avropanın ən yaşlı kişisi Vitantonio Lovallo 112 yaşında vəfat edib.
Bizim.Media "Bild" nəşrinə istinadən xəbər verir ki, Lovallo doğma şəhəri Avilyanoda (İtaliyanın cənubu) dünyasını dəyişib.
Lovallo uzun illər fermer işləyib, qoyun otarıb və öz üzüm bağında çalışıb. O, 100 ildən çox ömür sürməsinə baxmayaraq, üzüm bağında işləməyə davam edib.
İkinci Dünya müharibəsi zamanı cəbhədə xidmət edən Lovallo 1943–1945-ci illərdə alman əsirliyində olub. Onun dörd övladı var idi. Həyat yoldaşı isə bir neçə il əvvəl vəfat etmişdi.
Vitantonio Lovallonun vəfatından sonra Avropanın ən yaşlı kişisi titulu 111 yaşlı portuqaliyalı Joakim Varelaya (Joaquim Varela) keçib. Lakin o, Avropanın ən yaşlı sakinləri reytinqində yalnız 32-ci yeri tutur — siyahıda ilk 31 pilləni qadınlar bölüşür.
Mövcud siyahıya əsasən, həm Avropanın, həm də bütün dünyanın ən yaşlı insanı 117 yaşlı britaniyalı Etel Katerhem (Ethel Caterham) hesab olunur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:41 / 17.09.2026
Avropanın ən yaşlı kişisi vəfat etdi
Hazırda oxunan: Avropanın ən yaşlı kişisi vəfat etdi
Hazırda oxunan: Avropanın ən yaşlı kişisi vəfat etdi
637101
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































